Maliyyə Nazirliyinin İstintaq Xidməti kənd təsərrüfatı qrantlarının mənimsənilməsi ilə bağlı daha bir fakt aşkarlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kənd İnkişafı Agentliyi” tərəfindən qrant şəklində ayrılan vəsaitlərin qanuni xərclənməsi ilə bağlı araşdırmaları davam etdirir.

İstintaqın bu mərhələsində qrant şəklində ayrılmış böyük məbləğdə vəsaitin qrup halında dələduzluq yolu ilə mənimsənilməsi faktı müəyyən edilib. Cinayət işi üzrə 4 nəfər məsuliyyətə cəlb olunub.

Maliyyə
Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Qərbi Gürcüstan Regional Prokurorluğu ilə birgə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, “Kənd İnkişafı Agentliyi” tərəfindən qrant kimi ayrılan külli miqdarda vəsaitin qrup halında dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə “Elitmşeni” MMC-nin və “RK Kartuli Bostneuli” kooperativinin rəhbərləri saxlanılıblar. Cinayətkar qrupun bir üzvünə ittiham qiyabi qaydada irəli sürülüb, bir şəxs barəsində isə cinayət təqibinə başlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər dövlət büdcəsinə məxsus 430 min 200 lari məbləğində vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər, 167 min 918 lari məbləğində saxta ƏDV aktivləri yaradıblar və 2 min lari məbləğində dövlət büdcəsi vəsaitini aldadaraq əldə ediblər.

Araşdırmalara əsasən, kooperativ və onunla əməkdaşlıq edən şirkət qarşılıqlı sövdələşməyə gedib. Belə ki, “Elitmşeni” MMC, “Kənd və Kənd Təsərrüfatının İnkişafı Agentliyi” tərəfindən birgə maliyyələşmə çərçivəsində ayrılmış 430 min 200 lari məbləğində büdcə vəsaitini dələduzluq yolu ilə mənimsəmək məqsədilə “RK Kartuli Bostneuli” kooperativinə 1 milyon 100 min 800 lari dəyərində işlərin guya yerinə yetirilməsinə dair saxta elektron hesab-faktura və istixana təsərrüfatının qurulması üçün guya təchiz edilmiş mallara dair saxta qaimələr təqdim edib. Əslində isə heç bir iş görülməyib.

Bundan sonra kooperativ bu saxta sənədlər vasitəsilə 167 min 918 lari məbləğində fiktiv ƏDV hesablaması aparıb. Onun direktoru və idarə heyətinin sədri aldadıcı yolla dövlət büdcəsindən 2 min lari məbləğində ƏDV vəsaitini qaytarıb və əlavə olaraq 100 min lari məbləğində fiktiv ƏDV artıq vəsaitini geri almağa cəhd edib. Lakin İstintaq Xidmətinin vaxtında müdaxiləsi nəticəsində bu əməl baş tutmayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri, 19-180-ci maddənin 2-ci və 3-cü hissələri, 210-cu maddənin 2-ci hissəsi və 362-ci maddənin 2-ci hissəsi ilə aparılır. Bu maddələrə əsasən, cinayətkarlar 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google