Acarıstanda qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin Acarıstan və Quriya Regional İdarəsinin əməkdaşları qanunsuz meşə istismarına qarşı aparılan mübarizə çərçivəsində Şuaxevi bələdiyyəsində qanunsuz taxta emalı sexi müəyyən ediblər.

Janivri kəndində bir vətəndaşın evinin zirzəmisində qeydiyyatsız lent tipli mişar avadanlığı quraşdırıldığı aşkarlanıb. Həyət ərazisində isə 9 ədəd iynəyarpaqlı növdən olan, nişanlanmamış ağac gövdəsi (mory) aşkar
olunub.

Hadisə cinayət tərkibli olduğuna görə materiallar əlavə araşdırma və reaksiya göstərilməsi məqsədilə aidiyyəti quruma göndərilib.

Qanunsuz meşə istismarı ilə mübarizə Ətraf Mühitə Nəzarət Departamentinin əsas prioritetlərindən biridir. Departamentin əməkdaşları bu ilin 10 ayı ərzində ölkə üzrə 54 qeydiyyatsız taxta emalı sexi müəyyən ediblər.

Ətraf Mühitə Nəzarət Departamentinin patrul qrupları ölkə ərazisində 24 saat fasiləsiz patrul xidməti həyata keçirirlər ki, qanunsuz meşə kəsimi və digər ekoloji qanun pozuntularının qarşısı vaxtında alınsın, bu cür hallar aşkar edilib dərhal aradan qaldırılsın. Bununla yanaşı, Nazirliyin 153 “qaynar xəttinə” daxil olan hər bir müraciətə operativ şəkildə reaksiya verilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google