Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis, Tbilisi və
Acarıstan polis departamentlərinin əməkdaşları həyata keçirdikləri
əməliyyat tədbirləri nəticəsində narkotik
cinayətlərdə təqsirləndirilən 7 nəfəri saxlayıblar.
Saxlanılanlar arasında həm Gürcüstan, həm də digər ölkələrin
vətəndaşları var.
Onlara qarşı xüsusilə böyük miqdarda narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması,
satılması və satışına köməklik göstərilməsi ittihamı irəli
sürülüb.
Bu cinayətlərə
görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
İstintaq zamanı saxlanılan şəxslərin üzərinə və yaşayış yerlərinə
keçirilən baxışlar, eləcə də istintaq eksperimenti zamanı onların
göstərdiyi ünvanlardan satış üçün hazırlanmış külli miqdarda
müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb. Onların
arasında 300 qramdan artıq “metadon”, təxminən 250 qram “alfa-PVP”,
həmçinin “marixuana” və psixotrop maddə “pregabalin” olub.
Əməliyyat tədbirləri nəticəsində polis həmçinin narkotik
vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materialları,
elektron tərəzilər, qanunsuz satışdan əldə edilən narkotik maddələr
və narkotik ticarətindən əldə olunmuş pul vəsaitlərini də müsadirə
edib.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260³,
260⁴ və 261-ci maddələri ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.