İran rəsmiləri Tehranın bəzi yerlərində içməli su təchizatında
fasilələrlə bağlı xəbərdarlıq ediblər.
İllərlə çəkən quraqlıq ölkədə su böhranını dərinləşdirib.
Su xəbərdarlığı noyabrın 8-də səslənib. Bir gün öncə isə prezident
Məsud Pezeşkian deyib ki, durum pisləşməyə davam etsə, İranın
paytaxtı təxliyə oluna bilər.
"Suyun fasiləylə verilməsi daha öncə tətbiq
olunmalıydı. Hazırda Tehranın suyunun 62 faizi yeraltı mənbələrdən
gəlir və onların səviyyəsi düşüb", – İran Su Sənayesi
Federasiyasının başçısı Rza Hacıkərim dövlət televiziyasında
deyib.
Energetika naziri Abbas Əli Abadi bəyan edib ki, rəsmilər Tehranın
bəzi rayonlarında su təchizatını mərhələ ilə məhdudlaşdırmağa
hazırlaşırlar.
"Bu, müəyyən narahatlığa səbəb olsa da, israfın
qarşısını almağa kömək edəcək", – Abadi dövlət
televiziyasına bildirib.
Su sənayesinin sözçüsü İsa Bozorqzadənin dediyinə görə, vəziyyət
elə bir mərhələyə çatıb ki, "istehlak həcminə məhdudiyyətlər tətbiq
etməyə məcburuq".
"Əgər istehlak 10 faiz azaldılmasa, Tehranın davamlı su
təchizatında pozuntular qaçılmaz olacaq", – o əlavə
edib.
İranda su böhranının əsas səbəbi yağıntıların azalması, beş ildir
davam edən quraqlıqdır.
Bəzi mütəxəssislər isə böhranı yeraltı su hövzələrindən aşırı
asılılığı, kənd təsərrüfatında illərlə çəkən israfı, səmərəsiz
idarəçiliyi də göstərirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.