Paşinyan: Qarabağ danışıqları ilə bağlı sənədlər ilin sonunadək dərc olunacaq
Qarabağ məsələsi üzrə danışıqlara aid sənədlər bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcək. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib. Öncəki liderlər onu danışıqları, 2020-ci ildə Azərbaycanla müharibəni idarə etməsi ilə bağlı tənqid edirdilər.

Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan həftəsonu müsahibələrində bir daha Paşinyanı "real" sülh planını rədd etməkdə, beynəlxalq vasitəçiliklə aparılan danışıqları pozmaqda ittiham
ediblər. Onların fikrincə, bu, 2020-ci il müharibəsinə gətirib çıxaran əsas amillərdən biri olub, nəticədə Ermənistan məğlubiyyətə uğrayıb.

Keçmiş prezidentlər onu da iddia ediblər ki, 2018-ci ildə küçə etirazları nəticəsində hakimiyyətə gələn Paşinyan ordunun idarəçiliyini, Ermənistanın müttəfiqləri, xüsusən Rusiya ilə münasibətləri düzgün qurmayıb. Onların sözlərinə görə, 44 günlük müharibə daha tez dayandırıla bilərdi, bu halda həm Qarabağ, həm də Ermənistan Azərbaycanın qarşısında daha güclü mövqedə olardı.

Ermənistanı "ən yaxın ağaca bağlamaq"

Paşinyan noyabrın 10-da Facebook paylaşımında Koçaryan və Sarkisyanın açıqlamalarını şərh edib: "Bu bəyanatlar bir daha təsdiqləyir ki, Qarabağ məsələsini bəzi qüvvələr Ermənistanı "ən yaxın ağaca bağlamaq üçün kəndir" kimi istifadə edib".

"O dövrdə "xalqların hüquqları", "tarixi ədalət" kimi anlayışlar əsl məqsədi sadəcə pərdələyirdi", – o əlavə edib.

Baş nazirin sözlərinə görə, "müharibəni dayandırmaq səyi" kimi təqdim olunan bütün təkliflər əslində Ermənistanın əl-qolunu daha çox bağlamağa xidmət edirdi: "Bu prosesin son məqsədi Ermənistan dövlətçiliyinə son qoymaq idi. Həmin ssenariyə əsasən, Qarabağ münaqişəsi yalnız Ermənistanın dövlətçiliyini itirməsi ilə nəticələnə bilərdi. Şəhidlərimizin fədakarlığı və Ermənistanla Qarabağdakı xalqımızın tarixi instinkti sayəsində biz o ssenaridən xilas olduq".

Paşinyan danışıqlar prosesinə aid sənədlərin dərcinin onun arqumentlərini daha aydın ortaya qoyacağını bildirib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində ümumilikdə 7 minədək hərbçi həlak olub. Noyabrın 9-da Moskvanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalanıb. 2023-cü ilin sentyabrında isə Bakı birgünlük əməliyyatla ərazi bütövlüyünü tam bərpa edib.

{{AUDIO}}

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google