'Proyekt': Rusiyada yüksəkvəzifəlilərin 76 faizinin qohumları da hakimiyyətdədir
Rusiyada yüksək vəzifə tutan məmurların 76 faizinin qohumları da hakimiyyət orqanlarında, dövlət bizneslərində, ictimai və ya siyasi təşkilatlarda çalışır. Bunu "Proyekt" nəşrinin jurnalistləri üzə çıxarıb.

Araşdırma zamanı 1 min 329 yüksəkvəzifəli dövlət məmurunun soy-kökü öyrənilib. Onlardan 1 min 12 məmurun yaxınlarının da hakimiyyət strukturlarında çalışdığı müəyyən edilib. Onların yarıdan çoxunun ailəsindən azı üç nəfər dövlətlə bağlı
vəzifədədir.

Onlarla üzvü olan "sülalələr" də üzə çıxarılıb. Rekord Çeçenistan rəhbəri Ramzan Kadırovun ailəsinə məxsusdur, onun 96 qohumu müxtəlif dövlət vəzifələrində çalışır.

Standartı prezident Vladimir Putin müəyyən edir: araşdırmaya görə, onun 26 qohumu dövlət strukturlarında işləyir.

Qohumbazlıq səviyyəsinə görə birinci yerdə Rusiya parlamentidir. Federasiya Şurası üzvlərinin 86 faizinin, Dövlət Duması deputatlarının isə 84 faizinin hakimiyyətdə qohumları var. Senator Arsen Kanokovun təxminən 20 qohumu məsul dövlət vəzifələrində çalışır.

İkinci yeri 74 faizlə Kremlin strukturları, hüquq-mühafizə və məhkəmə orqanları tutur. Onlardan sonra qubernatorlar (69 faiz) və hökumət üzvləri (61 faiz) gəlir.

"Proyekt"in hesablamasına görə, bəzi qurumlarda nepotizm indeksi 100 faizə çatır. Bunlara Müdafiə Nazirliyinin rəhbərliyindən 11 nəfər, Ali Məhkəmə rəhbərliyindən 10 nəfər, "Qazprom"un 13 idarə heyəti üzvü daxildir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google