Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsində 20 hərbçi olub [Video]
Türkiyə Müdafiə Nazirliyi Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstan ərazisində, sərhəd yaxınlığında qəzaya uğradığını açıqlayıb. Nazirlik təyyarədə 20 hərbçinin olduğunu bildirib.

Noyabrın 11-də qəzaya uğrayan təyyarə C-130 tipli olub. Gürcüstan Daxili İşlər Nazirliyi də hadisəni təsdiqləyib, Gürcüstan-Azərbaycan sərhədinin təxminən 5 kilometrliyində baş verdiyini bildirib.

"Azərbaycan ərazisindən havaya qalxaraq ölkəmizə qayıdan C-130 tipli hərbi yük təyyarəmiz Gürcüstan–Azərbaycan sərhədində
qəzaya uğrayıb",
– Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazirlik hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparıldığını əlavə edib.

Sosial mediada yayılmış bir neçə qısa videonun həqiqiliyini AzadlıqRadiosu da təsdiqlədib. Videolardan birində təyyarənin gövdəsinin və hissələrinin ayrı-ayrılıqda yerə düşdüyü görünür.

Pilotun təyyarədən katapultla çıxa bildiyi iddiaları, hələlik, təsdiqlənməyib.

Azərbaycan prezidenti İlham Əliyev təyyarə qəzası ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. “Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı”, – Əliyev bildirib.

{{AUDIO}}

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google