“Jurnalist Etika Xartiyası” Ədliyyə Ali Şurasına məhkəmə binasında jurnalistlər üçün mobil telefonlardan istifadənin qadağan olunmasını planlaşdırıb-planlaşdırmadığını aydın şəkildə izah etməsi üçün çağırış edib
Təşkilatın bəyanatında qeyd olunur ki, Ədliyyə Şurası jurnalistlərin iş şəraitini mobil telefonların qadağası ilə daha da ağırlaşdırmamalıdır. “Jurnalist Etika Xartiyasının” məlumatına görə, Tbilisi Şəhər Məhkəməsində ictimai marağı böyük olan bir çox məhkəmə prosesi keçirilir və jurnalistlərin iş şəraitinin pisləşməsi cəmiyyətin mühüm informasiyaya çıxışını məhdudlaşdıracaq.

Məlumata əsasən, ümumi məhkəmələr departamenti 19 məhkəmə üçün, o cümlədən Tbilisi Şəhər və
Apellyasiya Məhkəmələri üçün, mobil telefonların saxlanması məqsədilə nömrələnmiş və kilidli şkaflar alıb.

Ədliyyə Ali Şurasının 2025-ci il 17 iyul tarixli qərarına əsasən, məhkəmə nəzarətçilərinə icazə verilir ki, iclas zalına foto, video, audio və digər qeyd aparan cihazların, o cümlədən mobil telefonların gətirilməsini qadağan etsinlər.

Bu qərar jurnalistlər arasında ciddi narahatlıq yaradıb — onlar düşünürlər ki, bu qaydaların tətbiqindən sonra məhkəmələrdə işləmək və prosesləri işıqlandırmaq daha da çətinləşəcək.

2025-ci ilin 28 iyun tarixindən qüvvəyə minmiş qanun dəyişikliyinə əsasən, artıq məhkəmə binasında və həyətində foto, video və audio çəkiliş qadağandır. Lakin jurnalistlər hələlik mobil telefon və noutbuk gətirərək məhkəmə proseslərini canlı şəkildə, yalnız mətn formatında işıqlandıra bilirlər.

“Jurnalist Etika Xartiyası” bildirir ki, jurnalistlər böyük səylə çalışırlar ki, ictimaiyyət onların reportajlarında foto və videonun, eləcə də səsin çatışmazlığını hiss etməsin. Amma əgər onlara yalnız qələm və kağızdan istifadə etməyə icazə verilərsə, məlumatları dəqiqliklə və operativ şəkildə çatdırmaq çox çətin olacaq.

Təşkilat hesab edir ki, belə qadağa nə məhkəmələrin, nə də cəmiyyətin maraqlarına uyğundur. Cəmiyyətin etibarlı media vasitəsilə ədalət prosesləri haqqında dolğun və vaxtında məlumat almaq imkanı qorunmalıdır.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google