Mixeil Saakaşvili müalicə aldığı klinikadan cəzaçəkmə müəssisəsinə qaytarılıb
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Vivamedi” klinikasından №12 cəzaçəkmə müəssisəsinə geri qaytarılıb və bundan sonra o, cəzasını ümumi rejimdə çəkməyə davam edəcək. Bu barədə Məhkəmə İcra Xidmətinin (Penitensiar Xidmətin) rəsmi açıqlamasında bildirilir.

Qurumun izahına görə, Mixeil Saakaşvilinin “səhhəti qənaətbəxşdir və ona artıq stasionar müalicə tələb olunmur”, buna görə də o, xəstəxanadan yazılaraq cəzaçəkmə müəssisəsinə qaytarılıb.

“İctimaiyyətə
məlumdur ki, məhkum Mixeil Saakaşvili 2022-ci il mayın 12-də stasionar tibbi xidmət almaq məqsədilə “Vivamedi” klinikasına köçürülmüşdü, burada indiyə qədər qalırdı və ona müvafiq tibbi xidmət göstərilirdi.

Gürcüstan qanunvericiliyinə əsasən, mülki sektora aid xəstəxanadan məhkumun cəzaçəkmə müəssisəsinə qaytarılması onun səhhətinin vəziyyətinə uyğun olaraq müalicə edən həkimin qərarı ilə həyata keçirilir.

Məhkum Mixeil Saakaşvilinin səhhəti qənaətbəxş olduğuna və artıq stasionar müalicəyə ehtiyac duymadığına görə, o, mülki klinikadan yazılaraq №12 cəzaçəkmə müəssisəsinə qaytarılıb, burada isə o, cəzasını ümumi qaydada çəkməyə davam edəcək”,
– deyə açıqlamada qeyd olunur.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google