Maliyyə naziri Laşa Xutsişvili parlamentdə əmlak vergisinin
həddinin artırılması ilə bağlı suala cavab verərkən bildirib
ki, bu məsələ üzrə daha genişmiqyaslı islahat planlaşdırılır, lakin
regionlar arasında mövcud balanssızlıqlar səbəbindən onun
tammiqyaslı tətbiqi hələ mümkün deyil.
Nazirin sözlərinə görə, Maliyyə Nazirliyi əmlak vergisi ilə bağlı
islahata hazırlaşır, lakin bu, təkcə fiziki şəxslərin əmlak
vergisini deyil, daha geniş
sahəni əhatə edir:
“Biliriniz ki, Maliyyə Nazirliyi əmlak vergisi ilə
bağlı islahat üzərində işləyir. Bu islahat yalnız fiziki şəxslərin
əmlak vergisini deyil, daha geniş miqyası əhatə edir. Biz
tənzimləmənin təsirinə dair sənəd hazırladıq, müvafiq analiz
apardıq və bu, təbii olaraq çox vaxt tələb etdi. Əmlak vergisi
tamamilə yerli vergi olduğundan, onun qiymətləndirilməsi hər bir
bələdiyyənin kəsimində ayrıca aparılmalı idi.
Hazırkı araşdırmalar göstərdi ki, qarşıdakı bir neçə ildə bəzi
bələdiyyələrdə bu islahatın doğurduğu balanssızlığı aradan
qaldırmaq mümkün deyil. Buna görə də düşünürük ki, hələlik müəyyən
müddət ərzində vergi həddi barədə müzakirə aparmaq olar, ta ki,
daha geniş və dərinmiqyaslı islahat həyata keçirilənə və regionlar
üzrə balanssızlıqlar aradan qaldırılana kimi,” – deyə
Laşa Xutsişvili bildirib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, əmlak vergisi şəxsin və ya
onun ailəsinin illik gəliri 40 000 lari həddini aşdıqda tətbiq
olunur. Gəlirlər Xidmətinin açıqlamasına görə, ümumilikdə əmlak
vergisinin ödənişi üçün son tarix cari ilin 15 noyabrıdır,
deklarasiyanın təqdim edilmə müddəti isə 1 noyabradək müəyyən
edilib. Lakin bu il həmin tarixlər şənbə gününə düşdüyündən, müddət
növbəti iş gününə - 3 noyabra kimi uzadılıb və vergi 17 noyabra
qədər ödənilə bilər.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.