“Green Card” lotereyasının keçirilməsi təxirə salındı – qeydiyyatın başlanma tarixi nə vaxt açıqlanacaq
ABŞ-ın Müxtəliflik Vizası Lotereyasının – daha çox “Green Card” (“yaşıl kart”) adı ilə tanınan proqramının keçirilməsi müəyyən olunmamış müddətə təxirə salınıb. Əgər hər şey plan üzrə getsəydi, lotereyada qeydiyyat noyabrın əvvəlində başa çatmalı idi.

ABŞ Dövlət Departamentinin saytında qeyd olunur ki, qeydiyyatın başlanma tarixi yaxın vaxtlarda elan ediləcək.

“Departament viza müraciət prosesində müəyyən dəyişikliklər aparır. Biz DV-2027 proqramına qeydiyyatın başlanma tarixini mümkün qədər tez açıqlayacağıq. Lakin bu dəyişikliklər
DV-2027 üçün seçiləcək şəxslərin viza müraciəti dövrünə təsir etməyəcək – bu müddət 2026-cı il 1 oktyabrdan 2027-ci il 30 sentyabradək qüvvədə qalacaq,” – deyə Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatda bildirilir.

Xatırladaq ki, noyabrın 5-də, yəni qeydiyyatın başa çatmalı olduğu gün, Dövlət Departamenti prosesin müddətsiz təxirə salındığını elan etdi. Gecikmənin səbəblərindən biri kimi ABŞ hökumətinin fəaliyyətinin müvəqqəti dayandırılması – “shutdown” da göstərilir.

Bundan əvvəl, sentyabr ayında verilmiş qərara əsasən, artıq lotereyada iştirak ödənişli olacaq – qeydiyyatdan keçmək istəyən hər bir şəxs 1 dollar ödəməlidir.

Son dəfə “Green Card” qeydiyyatı 2017-ci ildə “texniki səbəblərə” görə təxirə salınmışdı . O zaman ilk həftə ərzində göndərilmiş müraciətlər itmişdi və yeni qeydiyyat dövrü həmin ilin 18 oktyabrında başlayaraq 22 noyabra qədər davam etmişdi.

Məlumat üçün bildirək ki, “Green Card” ABŞ-da daimi yaşayış statusunu təsdiqləyən sənədin qeyri-rəsmi adıdır. Kart sahibinə ölkədə qanuni yaşamaq və işləmək, dövlət tibbi sığortasından yararlanmaq, güzəştli kredit əldə etmək və sosial sığorta nömrəsi almaq hüququ verir.

Lotereya 1990-cı ildən ABŞ Konqresinin qərarı ilə həyata keçirilir və hər il 55 min nəfərə daimi yaşayış vizası verilməsini nəzərdə tutur. İştirakçılar qanunla müəyyən edilmiş tələblərə, o cümlədən orta təhsil və ya iki illik iş təcrübəsi şərtinə cavab verməlidirlər.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə DV-2025 proqramı üçün 19 milyon 927 min 656 müraciət qeydə alınıb.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google