Maliyyə naziri Laşa Xutsişvilinin sözlərinə görə, gələn ilin dövlət
büdcəsi layihəsinə əsasən,
Səhiyyə və Sosial Müdafiə Nazirliyinin maliyyələşdirilməsi 800
milyon laridən çox artırılıb.
Nazir bildirib ki, bu artım çərçivəsində:
- 70 yaş və yuxarı pensiyaçıların pensiyası 45 lari
artırılaraq 495 lari olacaq.
- Yüksəkyaylı yaşayış məntəqələrində yaşayan eyni
kateqoriyadan olan pensiyaçıların pensiyası isə təxminən 594 lari
təşkil edəcək.
- 70 yaşadək şəxslərin pensiyası 20 lari artırılacaq və
370 lari olacaq.
- Yüksəkyaylı yaşayış məntəqələrində bu məbləğ 444 lari
olacaq.
Nazir əlavə edib ki, 18 yaşadək əlilliyi olan
şəxslərin sosial
müavinəti 45 lari, digər kateqoriyadan olan əlillərin isə 20 lari
artırılacaq.
Ümumilikdə sosial proqramların maliyyələşdirilməsinə 7 milyard lari
ayrılıb.
Bundan başqa, səhiyyə proqramları üçün 2,1 milyard laridən çox
vəsait nəzərdə tutulub, o cümlədən birinci səviyyə tibb işçilərinin
maaşları 10 faiz artırılacaq.
Qaçqınların mənzillə təminatı üçün isə 240 milyon lari ayrılıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.