Son bir ildə paytaxtda yaşayış məqsədli daşınmaz əmlakın qiyməti
orta hesabla hər kvadratmetr üçün 42 dollar artıb.
Bu barədə “Galt & Taggart” şirkətinin mənzil bazarına dair
hesabatında qeyd olunur.
Araşdırmaya əsasən, 2025-ci ilin sentyabrında Tbilisidə mənzilin
bir kvadratmetri orta hesabla 1 345 dollar olub, ötən ilin eyni
dövründə isə bu rəqəm 1 303 dollar idi.
Rayonlar üzrə qiymətlərə gəlincə, “ağ karkas” mənzillər ən bahası
Vakedə satılır. Bir kvadratmetrin qiyməti 2 479 dollar. Ən ucuz
mənzillər isə Vaşlijvaridədir. Orda bir kvadratmetrin qiyməti 1 024
dollardır.
2025-ci ilin sentyabrına olan vəziyyətə görə, Tbilisidə “ağ karkas”
mənzillərin qiymətləri belədir:
- Vake – 2 479 dollar
- Saburtalo – 1 558 dollar
- Krtsanisi – 1 499 dollar
- Didube – 1 324 dollar
- İsani – 1 287 dollar
- Nadzaladevi – 1 187 dollar
- Samqori – 1 075 dollar
- Qldani – 1 046 dollar
- Didi Diğomi – 1 033 dollar
- Vaşlijvari – 1 024 dollar
“Galt & Taggart”ın məlumatına görə, 2025-ci ilin sentyabrında
Tbilisinin mənzil bazarında satışlar rekord səviyyəyə çatıb.
Birinci bazarda yüksək aktivlik əsasən bir neçə iri layihədə
öncədən satışların başlanması ilə bağlı olub. İkinci bazarda isə
satış həcmi 2022-ci ildən bəri ən yüksək aylıq göstəriciyə
yüksəlib.
Hesabata əsasən, 2025-ci ildə tamamlanacaq layihələrdə mənzillərin
87 faizi artıq satılıb. Satışların böyük hissəsi tikinti
şirkətlərinin təqdim etdiyi daxili kredit və hissəli ödənişlərlə
həyata keçirilib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.