Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti
Tbilisi dairəvi yolunun ikinci (Tsitsamuri–Avçala) və üçüncü
(Avçala–Hava Limanı)
hissələrinin tikinti işlərinə nəzarət üçün beynəlxalq tender elan
edib. Bu barədə məlumatı nazirlik yayır.
Tenderə dair məlumatda bildirilir ki, Tsitsamuri–Avçala hissəsinin
uzunluğu 6,5 kilometrdir. Buraya dörd zolaqlı yol, 3,5 km-lik
tunel, körpülər, yol qovşaqları və digər infrastruktur obyektləri
daxildir. Bu hissədə nəzarət
xidmətlərinin təxmini dəyəri 11 537
526 ABŞ dolları təşkil edir.
Bildirilib ki, yol dörd zolaqlı olacaq və ümumi uzunluğu 22,5
km-dir. Avçala–Hava Limanı hissəsində isə 4 yol qovşağı, 16 körpü
və 4 paralel tunel tikiləcək. Bu hissəyə nəzarət xidmətlərinin
təxmini dəyəri 15 586 956 ABŞ dollarıdır.
Nazirliyin məlumatına görə, nəzarət xidmətlərinin satın alınması
Asiya İnkişaf Bankının (ADB) satınalma prosedurlarına uyğun həyata
keçiriləcək. Nəzarət xidmətləri hər iki lot üzrə dövlət büdcəsi
hesabına maliyyələşdiriləcək və xidmət müddəti 40 ay olacaq.
Avçala–Hava Limanı hissəsi Avçalada (mövcud Avçala dəmir yolu
körpüsündən öncə) başlayır, cənub-şərq istiqamətində “Tbilisi
dairəvi yolunun köhnə, yarımçıq qalan dəmir yolu xətti” boyunca
uzanır və Böyük Lilo girişində, yarımçıq dəmir yolu dairəvi yol
xəttinin kəsişməsində – Lilo bazarına qədər bitir.
Ümumilikdə Tbilisi dairəvi yolunun (Natakhtari–Rustavi yolu)
layihəsinin uzunluğu təxminən 51 kilometrdir. Layihə dörd lota
bölünüb və müxtəlif əraziləri əhatə edir:
- Natakhtari (Tsitsamuri)–Avçala (Lot 2): uzunluğu 6,5
km, dörd zolaqlı qarşılıqlı yol, iki yol qovşağı və 3,4 km-lik
qarşılıqlı tunel tikiləcək. Tikintinin dəyəri təxminən 150 milyon
dollardır.
- Avçala–Hava Limanı (Lot 3): uzunluğu 22,5 km, layihəyə
16 körpü (əsas və yan yollar, piyada keçidləri və yol qovşaqları
daxil olmaqla), 4 yol qovşağı, 4 yeni tunel və 4 mövcud tunelin
adaptasiyası daxildir. Tikintinin təxmini dəyəri 300 milyon
dollardır.
- Hava Limanı–Loçini (Lot 4): uzunluğu 10,9 km, layihəyə
3 yol qovşağı, 16 körpü və 2 piyada körpüsünün tikintisi daxildir.
Körpülərdən biri birbaşa Loçini çayını keçəcək. Tikintinin dəyəri
100 milyon dollardır.
- Loçini–Rustavi (Lot 5): uzunluğu 11 km, layihəyə 2 yol
qovşağı, 9 körpü keçidi (əsas və yan yollarda) daxildir. Tikintinin
dəyəri 70 milyon dollardır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.