Birinci səviyyəli səhiyyə sahəsində Bizim iddialı planlarımız var.
Növbəti dörd il ərzində təxminən 120 milyon lari xərclənəcək
və bu, əlbəttə ki, əhalinin sağlamlığına müsbət təsir göstərəcək.
Bu sözləri Səhiyyə Naziri Mixeil Sarjveladze deyib.
Nazirin sözlərinə görə, proqramın pilot mərhələsi artıq başa çatıb.
Toplanmış məlumatlar işlənib yekunlaşdırıldıqdan sonra, reform
bütün ölkə üzrə tətbiq olunacaq.
“Gələn ilin əvvəlindən biz ölkə ərazisində hər bir vətəndaşa yüksək
səviyyəli, nəticəyə yönəlmiş birinci səviyyəli səhiyyə xidmətlərini
təklif edə biləcəyik. Maksimum effektivlik üçün reforma
çərçivəsində bu sahədə çalışan həkimlərin və tibb bacılarının maaşı
artırılacaq, həmçinin müəyyən maliyyə təşviq mexanizmləri nəzərdə
tutulur”, – deyə nazir bildirib.
Mixeil Sarjveladze reformanın əsas məqsədinə – güclü birinci
səviyyəli səhiyyənin əhəmiyyətinə diqqət çəkib və vurğulayıb ki, bu
səviyyə, xəstənin ilk və ən vacib tibbi məsləhətləri aldığı
mərhələdir.
“Ölkədə fəaliyyət göstərən 1004 müəssisə vətəndaşlara ən vacib
ilkin tibbi məsləhətləri sürətlə çatdırmaq üçün çalışır. 1500-dən
çox yüksək ixtisaslı həkim, xəstələrə skrining haqqında tövsiyələr
verir, həmçinin yoluxucu və qeyri-yoluxucu xəstəliklərdən qorunma
yollarını, hansı həkimə müraciət etməli olduqlarını və ya
hospitalizasiya lazım olduqda nə etməli olduqlarını izah edir.
Biz hesab edirik ki, bu sahənin effektivliyini artırmaq çox
vacibdir, çünki birinci səviyyəli səhiyyə islahatının uğuru həm
vətəndaş, həm də dövlət üçün böyük maliyyə qənaətini təmin edəcək,
amma ən önəmlisi hər bir xəstənin rifahıdır”, – deyə
nazir bildirib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.