Gürcüstanda 2025-ci ilin yanvar-sentyabr aylarında, ötən ilin eyni
dövrü ilə müqayisədə, buğda idxalı 46% artıb.
Bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.
Məlumat görə, bu il 9 ay ərzində Gürcüstan 326 546 ton buğda alıb
və bunun üçün 82,4 milyon dollardan çox vəsait xərcləyib. Halbuki,
2024-cü ilin eyni dövründə idxal olunan buğda 223 666
ton olub və
dəyəri 52,2 milyon dollar təşkil edib.
Qeyd olunur ki, bu il Gürcüstan buğdanın böyük hissəsini Rusiyadan
alıb. Rusiyanın idxaldakı payı 76%-dir.
2025-ci ilin yanvar-sentyabrında Gürcüstan buğdanı əsasən aşağıdakı
ölkələrdən alıb:
Rusiya – 249 410 ton, 63,9 milyon dollar;
Qazaxıstan – 76 984 ton, 18,3 milyon dollar;
Avstriya – 74 ton, 96 min dollar;
Rumıniya – 66 ton, 56,9 min dollar;
Almaniya – 11 ton, 13 min dollar.
“Businesspressnews”un hesablamalarına görə, keçən il 1 kiloqram
buğdanın idxalı vergilərsiz orta hesabla 23 sent olub, bu il isə 25
sentə yüksəlib. Bu da göstərir ki, buğdanın idxal qiyməti 8%
artıb.
Qeyd etmək lazımdır ki, bu il Gürcüstandan buğda ixracı da həyata
keçirilib. 2025-ci ilin yanvar-sentyabrında ixrac olunan buğda 2
989 ton olub və Gürcüstan 830,4 min dollar gəlir əldə edib.
Statistikaya görə, bu il 1 kiloqram buğdanın orta ixrac qiyməti
vergilərsiz 27 sent olub.
İxrac bazarlarına gəldikdə isə, bu il Gürcüstan istehsalı buğdanın
ixracı yalnız İrana aparılıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.