Kaxeti maqistral yolunun daha bir hissəsi üçün torpaq alınacaq – ümumi dəyər 10 milyon lari
Çalaubani–Bakurtsixe magistral yolunun 9,1 km-lik hissəsinin tikintisi ilə bağlı tender prosedurlarının 2026-cı ildə başlanması planlaşdırılır. Bu barədə “Businesspressnews”a Avtomobil Yolları Departamentindən məlumat verilib.

Departamentin bildirdiyinə görə, bu yolun hissəsində əhalinin mülkiyyətində olan 159 torpaq sahəsinin alışı nəzərdə tutulur. Alınacaq torpaqların ümumi dəyəri təxminən 10 milyon lari təşkil edir.

“Planlaşdırılan layihəyə görə, Tbilisi–Saqareco və Saqareco–Bakurtsixe avtomobil yollarının (Çalaubani şərq hissəsindən
Bakurtsixe şərq hissəsinə qədər – Lot 5) yaxşılaşdırılması çərçivəsində, təxminən 159 torpaq sahəsi alınacək və bunun təxmini dəyəri 10 milyon lari təşkil edir”, – deyə Avtomobil Yolları Departamentindən bildirilib.

Məlumat üçün qeyd edək ki, Kaxeti maqistral yolu bir neçə lota bölünüb. Bundan əvvəlki hissələr üzrə işlər tamamlanıb:
  • Lot 0 – Tbilisi–Bakurtsixe–Laqodexi (Azərbaycan sərhədi) beynəlxalq əhəmiyyətli yolunun km0+310 – km4+040 hissəsi: Vaziani dairəvi yolunun (3,6 km) tikintisi başa çatıb. Hazırda müqavilə üzrə nəzərdə tutulmuş qüsurların aradan qaldırılması mərhələsi davam edir. Layihənin dəyəri 70 221 612,57 lari olub və dövlət büdcəsi ilə maliyyələşdirilib.
  • Lot 1 – eyni yolun km4+040 – km27+840 hissəsi: Vaziani dairəvi–Saqareco hissəsi (23,8 km) tamamlanıb, qüsurların aradan qaldırılması prosesi gedir. Layihənin dəyəri 313 378 683,82 lari və dövlət büdcəsi ilə maliyyələşdirilib.
  • Lot 2 – eyni yolun km27+840 – km35+500 hissəsi: Saqareco dairəvi yolunun (7,6 km) tikintisi başa çatıb, qüsurların aradan qaldırılması davam edir. Layihənin dəyəri 149 902 365,13 lari və dövlət büdcəsi ilə maliyyələşdirilib.
  • Bakurtsixe–Pnori hissəsi – yolun 16,6 km-lik hissəsi ilə yanaşı, daxili əhəmiyyətli Bakurtsixe–Qurcaani (Asaqcevi)–Çumlaq yolunun ilk 1,5 km-lik hissəsi ilə birlikdə ümumilikdə 18 km təşkil edir. Tikinti başa çatıb, hazırda qüsurların aradan qaldırılması mərhələsi gedir. Layihənin dəyəri 87 857 420,53 lari və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilib.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google