Sanksiyalara görə “Lukoil” Qara dənizdə neft hasilatını dayandırır

ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalar fonunda “Lukoil” Qara dənizdə, Rumıniyanın ərazi sularında neft hasilatını dayandırır.

Mövcud məlumatlara görə, Rusiya enerji nəhəngi bütün əməliyyatlarını tamamilə dayandırıb.

Prosesin dayanması Norveç şirkəti Vantage Drilling ilə müqavilənin ləğvi ilə əlaqədardır. Şirkətin nümayəndələrinin izahına görə, bu qərar birbaşa ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Rus şirkətinin geniş beynəlxalq portfeli hazırda
ciddi təzyiq altındadır. Xarici şirkətlər “Lukoil” ilə əməkdaşlığı 21 noyabradək dayandırmağa çalışırlar. Qeyd etmək lazımdır ki, ABŞ rus neft nəhəngi ilə əlaqəsi olan bütün tərəfləri xəbərdar edib ki, “Lukoil” ilə münasibətləri göstərilən müddətədək kəssinlər. Əks halda, Maliyyə Nazirliyinin sanksiyaları onlara da şamil olunacaq. “Lukoil” üçün də xaricdəki aktivlərini satmaq üçün son tarix 21 noyabr müəyyən edilib.

Rumıniyaya gəldikdə isə, ölkədə “Petrotel” zavodu təhlükə altındadır — bu müəssisə də “Lukoil”-ə məxsusdur. Rəsmi Buxarest bildirib ki, onlar hadisələrin inkişafını və zavodun mümkün satışını diqqətlə izləyəcəklər. Rumıniya hökuməti bildirir ki, proseslər Avropa İttifaqının müəyyən etdiyi qayda və standartlara tam uyğun şəkildə aparılacaq.

Mövcud məlumata görə, Qara dəniz regionunda “Lukoil”in bütün əməliyyatları dayandırılıb.


Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google