Dövlət daşınmaz əmlakının birbaşa satış yolu ilə verilməsinin şərtlərini hökumət müəyyən edəcək – parlament dəyişiklikləri qəbul edib

Dövlət mülkiyyətində olan daşınmaz əmlakın birbaşa satış və ya mübadilə yolu ilə özəlləşdirilməsinin şərtlərini Gürcüstan hökuməti

müəyyən edəcək – Parlament 13 noyabr tarixində “Dövlət əmlakı haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi Gürcüstanın baş nazirinin təşəbbüsü ilə hazırlanıb.

Dövlət daşınmaz əmlakının birbaşa satışının mövcud praktikasının dəyişdirilməsi barədə İrakli Kobaxidze ilk dəfə cari ilin iyun ayında
parlamentdə illik hesabatı təqdim edərkən danışıb və bildirib ki, mövcud praktika, o cümlədən, korrupsiya risklərini ehtiva edirdi. 8 sentyabrda hökumət iclasından əvvəl Kobaxidze qeyd edib ki, hökumətin yeni tərkibi formalaşdıqdan sonra onun kabineti faktiki olaraq birbaşa formada əmlakın özəlləşdirilməsindən tamamilə imtina edib və bu məsələni qanun səviyyəsində tənzimləmək istədiyini bildirib.

Bu gün parlamentin plenar iclasında iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Nino Enukidze bildirib ki, dəyişikliklərə əsasən, dövlət əmlakının birbaşa satış yolu ilə özəlləşdirilməsi və ya mübadiləsi yalnız əvvəlcədən müəyyən edilmiş şərtlərlə mümkün olacaq. Bu şərtlər barədə Gürcüstan hökuməti normativ akt hazırlayacaq. Onun sözlərinə görə, indiyədək belə şərtlər mövcud olmayıb və hökumət hər bir halda qərarı fərdi qaydada qəbul edirdi.

Qanuna edilən dəyişikliklərə əsasən, hökumətə tapşırılır ki, dövlət əmlakının hansı hallarda mübadilə və ya birbaşa satış yolu ilə özəlləşdirilə biləcəyini dəqiq şəkildə müəyyən edən qanunaltı normativ akt hazırlasın.

“Birbaşa satış istisna halıdır və indiyədək Gürcüstan qanunvericiliyində ciddi şəkildə tənzimlənmirdi. Baş nazirin təşəbbüsü ilə hökumət müvafiq qanuna dəyişikliklər hazırladı və parlament onu artıq üçüncü oxunuşda qəbul etdi. Hökumətin normativ aktında konkret hallar ətraflı şəkildə göstəriləcək – hansı hallarda əmlakın birbaşa satış və ya mübadilə yolu ilə özəlləşdirilməsi mümkün olacaq”, – deyə nazirin birinci müavini qeyd edib.

Yeni tənzimləməyə əsasən, hökumət, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təqdimatı ilə, qanun qəbul edildikdən sonra 60 gün ərzində əmlakın idarə olunmasının, o cümlədən mübadilə və birbaşa satış yolu ilə özəlləşdirilməsinin şərtlərini müəyyən edən normativ akt hazırlamaq öhdəliyinə malik olacaq.

Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google