Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə hərbi
təyyarəsinin göyərtəsində olan 20 nəfərin hamısının meyiti
tapılıb.
“Gürcüstan və Türkiyənin müvafiq xidmətləri tərəfindən
üç gün fasiləsiz axtarış tədbirləri aparıldı və nəticədə,
Sığnaqinin (Siğnaği) bələdiyyəsində, Türkiyə hərbi təyyarəsinin
qəzaya uğradığı yerdə və onun ətrafında, göyərtədə olan 20 nəfərin
hamısının meyiti tapıldı.
Ekipajın bütün üzvlərinin meyiti tapılıb. Dünən 19
meyiti prozekturaya daşımışıq. Təxminən yarım saat əvvəl isə 20-ci
meyiti də tapdıq – hadisə yerində ekspert-kriminalistlər və
istintaq qrupu işlərini davam etdirir.
İstintaq üçün vacib olan bütün texniki vasitələr və təyyarə
fraqmentləri aşkar olunub və ekspertiza aparılır. İstintaq və
xilasedici tədbirlərdə həm Gürcüstan, həm də Türkiyə tərəfinin
nümayəndələri daxil olmaqla min nəfərdən çox insan iştirak
edib”, – DİN-in məlumatında bildirilir.
Hələlik aviaqəzanın səbəbi müəyyən edilməyib.
Türkiyə hərbi yük təyyarəsi, Azərbaycan istiqamətindən Türkiyəyə
uçurdu, Azərbaycan-Gürcüstan sərhədindən 5 kilometr məsafədə,
Siğnaği bələdiyyəsində, 11 noyabrda qəzaya uğrayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi istintaqa Cinayət Məcəlləsinin
275-ci maddəsinin 4-cü hissəsi üzrə başlayıb, bu maddə hava
nəqliyyatı hərəkətinin təhlükəsizliyi və ya istismar qaydalarının
pozulmasını və bunun nəticəsində insan itkisini nəzərdə tutur.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.