Beynəlxalq Şəffaflıq – Gürcüstan bildirib ki, son 5 ildə
təşkilat elit korrupsiyanın 250 halını qeydə alıb.
Bu hallarda 221 yüksək vəzifəli şəxs iştirak edib — o cümlədən 38
nazir və nazir müavini, 40 deputat, 17 hakim və 67 bələdiyyə
rəsmisi.
Təşkilat qeyd edir ki, korrupsiyanın ört-basdır edilməsində
illərdir istintaq orqanları, prokurorlar, hakimlər, Dövlət
Təhlükəsizlik Xidməti
və Antikorrupsiya Bürosunun əməkdaşları
iştirak edirlər. İndi isə “Gürcü Arzusu” partiyası öz daxilindəki
siyasi rəqibin zərərsizləşdirilməsini korrupsiya ilə mübarizə kimi
təqdim edir.
“Əslində, elit korrupsiya daha genişmiqyaslı olub və
elə olaraq da qalır”, – bəyanatda deyilir.
TI Gürcüstanın göstərdiyi əsas korrupsiya sxemləri:
1. Büdcə vəsaitlərinin dövlət satınalmaları yolu ilə
mənimsənilməsi
Təkcə TI Gürcüstanın araşdırmalarına görə, son 10 ildə “Gürcü
Arzusu” rəsmiləri 5 milyard lari dəyərində korrupsion satınalmalar
həyata keçiriblər.
– Bunun 3,3 milyardı regionlara düşür,
– Yalnız 2024-cü ildə 1,13 milyard lari xərclənib – İrakli
Kobaxidze baş nazir olandan sonra.
Nümunələr:
• 650 mln lari – Bidzina İvanişviliyə yaxın biznesmen Otar
Tatieşvilinin şirkətinə;
• 390 mln lari – İrakli Qaribaşvilinin qohumunun “Serpantin”
şirkətinə;
• 392 mln lari – deputat Qiorqi Çxonia ilə bağlı şirkətlərə;
• 30 mln lari – deputat Anzor Bolkvadzeyə yaxın şirkətlərə;
• 25 mln lari – deputat Viktor Caparidze ilə əlaqəli
şirkətlərə;
• 32 mln lari – Senaki meri Vax¬tang Qadelianinin əmisinin
şirkətlərinə;
• 25 mln lari – Axaltsixedə deputatların və onların qohumlarının
şirkətlərinə;
• 2,2 mln lari – Adigeni bələdiyyə işçilərinin qohumlarına.
2. Subsidiya və aqroproqramlar vasitəsilə varlanma
• 71 mln lari – “Gürcü Arzusu”nun donor şirkətlərinə, əvəzində 7,7
mln lari partiyaya ianə kimi qaytarılıb.
• 56 mln lari – İvanişvilinin qohumu Uça Mamatsaşvilinin biznes
ortağı Vax¬tanq Karişviliyə.
• 30 mln lari – 2022-ci ilin üzüm subsidiyasından partiya ilə
əlaqəli şirkətlərə.
• „ Gürcüstanda istehsal et “ proqramından 7,4 milyon lari
məbləğində vəsait “Gürcü Arzusu” partiyası ilə əlaqəli şirkətlərə
verilib. Bu şirkətlər isə 2024-cü ildə həmin partiyaya 1,6 milyon
lari ianə (maddi yardım) şəklində geri qaytarıblar.
3. “Atkat” sxemi — seçkilər zamanı partiya maliyyələşməsi
2020–2024-cü illərdə “Gürcü Arzusu” donorlarına bağlı şirkətlər
1,028 milyard lari məbləğində dövlət sifarişləri alıblar və
əvəzində partiyaya 7,7 mln lari bağışlayıblar.
4. Lisenziyalar və icazələrin paylanması
Kiçik və orta HES-lərin çoxu korrupsion qaydada verilib:
– 29 lisenziya Bidzina İvanişvilinin qohumu Koka
Kokolaşvilidədir.
– Digərləri isə kənd təsərrüfatı naziri David Sonqulaşvilinin
ailəsinə və digər “Gürcü Arzusu” üzvlərinə məxsusdur.
5. Dövlət əmlakının ələ keçirilməsi
• Qərarlar göstərir ki, bəzi məmurlar meşələri uzunmüddətli icarə
ilə şəxsi istifadəyə alıblar.
• 2013–2020-də dövlət əmlakı 13 mln lariyə satılıb, alanlar isə
dərhal partiyaya 2 mln lari ianə ediblər.
• Yalnız Acarıstanda donorlar 15 mln lari dəyərində əmlak əldə
ediblər.
• 2021–2023 arasında qəbul edilən 300-dən çox hökumət qərarı gizli
saxlanılır, bunlar əmlakın 1 larilik simvolik qiymətə ötürülməsi
ilə bağlıdır.
6. “Uyğunlaşdırılmış qanunlar” vasitəsilə vergi yayınması
Bidzina İvanişvili üçün qəbul edilmiş “offşorlar haqqında qanun”
nəticəsində Gürcüstan büdcəsi təxminən 100 milyon dollar itirib. Bu
qanun sayəsində o, ölkəyə vergi ödəmədən bahalı sənət əsərləri və
aktivlər gətirib.
7. “Hədiyyə” adı ilə gəlirin gizlədilməsi
2024–2025-ci illərdə məmurlar 34 mln lari dəyərində hədiyyə bəyan
ediblər.
– Yaxınları onlara 23 mln lari nağd pul və 123 ədəd daşınmaz əmlak
bağışlayıb.
Prokurorluq bəzi hallarda bunun qeyri-qanuni gəlirləri gizlətmək
üsulu olduğunu təsdiqləyib.
TI Gürcüstan bildirir ki, son 10 ildə bu korrupsiya halları ilə
bağlı onlarla müraciət Dövlət Təhlükəsizlik Xidmətinə,
Antikorrupsiya Agentliyinə və Prokurorluğa göndərilib, lakin heç
bir reaksiya verilməyib.
Bundan bir neçə ay öncə, təşkilat 65 konkret iş üzrə materialları
Antikorrupsiya Bürosuna da təqdim edib — nəticə eynidir: reaksiya
yoxdur.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.