Bolnisidə tullantıların daşınması stansiyasının tikintisinə 1 820 300 lari xərclənib

Bolnisidə 2024-cü ilin noyabrında başlayan və büdcəsi 1 820 300 lari təşkil edən tullantıların daşınması stansiyasının tikintisi artıq başa çatıb.

Bu barədə məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, Kvemo Kartli regionunda, Bolnisi bələdiyyəsində yerləşən yeni tullantıların daşınması stansiyasını “Gürcüstan Bərk Tullantıların İdarəetmə Şirkəti”nin direktoru Mixeil Qoqolidze yoxlayıb və qeyd edib ki, stansiyanın
işə düşməsi bələdiyyələr üçün nəqliyyat xərclərini azaldacaq.

“Bolnisi daşınma stansiyasının tikintisi, 2024-cü ilin noyabrında başlayıb, artıq başa çatıb və obyekt ilin sonunda fəaliyyətə başlayacaq. Yeni stansiyanın işə düşməsi bələdiyyələr üçün nəqliyyat xərclərini qənaət edəcək. Yaxşı qurulmuş infrastruktur birbaşa ətraf mühitin təhlükəsizliyi və nəticədə əhalinin rifahı ilə bağlıdır,” – Qoqolidze bildirib.

Məlumata görə, daşınma stansiyası Bolnisi və Dmanisi bələdiyyələrinə xidmət göstərəcək, onların tullantıları hazırda Marneulidəki mövcud poliqona daşınır.

Qeyd olunmalıdır ki, Tetri Çara bələdiyyəsində yeni, regional təhlükəsiz tullantı yerləşdirmə obyektinin tikintisi yekunlaşmaq üzrədir. Obyekt işə düşdükdən sonra Marneulidəki mövcud poliqon qanunvericilik tələblərinə uyğun olaraq bağlanacaq.

Mənbə: BM


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google