Marneuli meriyası “Marneuli 2025” konsertində müğənnilərə nə qədər pul ödəyir?
Marneuli meriyası “Marneuli 2025” tədbirinin konsert hissəsinə 31 600 lari xərcləyəcək.

Tədbirdə “Şavnabada” ansamblı və Şaban Məmmədov, Tsiuri Mçedlişvili, Tato Qoderdzişvili, Qiorqi Tsiklauri, Afiq Novruzov, öz qrupu ilə bərabər Zuka Xutsişvili və DJ Arkani iştirak edəcəklər.

Özünüidarəetmənin Marneuli festivalının təşkili üçün sadələşdirilmiş prosedur vasitəsilə satın aldığı tender sənədlərində vəsaitin aşağıdakı kimi bölüşdürüldüyü göstərilir.
  • “Şavnabada” ansamblı və Şaban Məmmədov – 11.000 lari
  • Tsiuri Mçedlişvili, Tato Qoderdzişvili və Qiorqi Tsiklauri – 8.000 lari
  • Afiq Novruzov – 8 000 lari
  • Zuka Xutsişvili və qrupu – 12.000 lari
  • DJ Arkani – 600 lari
“Marneuloba 2025” fərdi sahibkar Tamar Eloşvili tərəfindən təşkil olunacaq. Təcili ehtiyac səbəbindən yerli özünüidarəetmə tərəfindən 155 000 lari dəyərində tender məhz ona verilib.

Tədbir 15 oktyabr tarixində “Yenə də böyüyəcəklər” abidəsi ərazisində keçiriləcək.

Meriyadan verilən məlumata görə, proqram saat 12:00-da başlayacaq və aşağıdakı fəaliyyətləri əhatə edəcək:

Sərgi sahəsi:
  • 13:00 - 17:00 - Yerli məhsulların sərgisi və satışı;
  • 13:00 - 17:00 - Foto zona - Giffer aparatı (pulsuz şəkillər Marneuli 2025);
  • 14:00 - 17:00 - Açıq hava muzeyi - Marneulinin inzibati vahidləri tərəfindən təqdim olunan ənənəvi kulinariya və etnoqrafik nümunələrin sərgisi;
  • 14:30 - Üzümün təntənəli şəkildə sıxılması, çörək sexində çörək bişirilməsi, sucuqların hazırlanması;
  • Gün ərzində müxtəlif əyləncə və idman tədbirləri keçiriləcək;
  • 13:00 - 16:00 - Uşaq əyləncə zonası;
  • Gil modelləşdirmə, kontur rəngləmə, animator şousu, canlı abidələr, illüzionist şousu, Armen Ovannesyanın kukla tamaşaları;
  • 13:00 - 16:00 - Müxtəlif idman və əyləncə tədbirləri;
  • Cüdo, qol güləşi, ox atma, tennis, nərd, dama, şahmat, stolüstü futbol, mini basketbol halqası

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google