Marneuli Mədəniyyət Mərkəzi Xocornidə "Şin" çoxmillətli festivalı
keçirəcək.
Mədəniyyət Mərkəzinin açıqlamasına görə, festival 19 noyabrda saat
14:00-dan etibarən Xocorni kəndində baş tutacaq.
"Sizi "Şin" festivalına dəvət edirik – rəngarəngliyi
birlikdə qeyd etmək, bələdiyyədə yaşayan müxtəlif etnik qrupların
musiqisini, xoreoqrafiyasını bölüşmək, xalq adət-ənənələri,
incəsənəti ilə tanış olmaq və ən əsası rəngarənglikdə birlik hiss
etmək", – Mədəniyyət Mərkəzinin məlumatında
deyilir.
Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Şin" festivalı
bu il ikinci dəfədir ki, keçirilir. İlk festival 2 noyabrda "Kəsik
Təpə" arxeoloji ərazisinin yaxınlığında keçirilib.
Mədəniyyət Mərkəzinin məlumatına görə, “Şin” layihəsi “Etnik
azlıqların mədəni kimliyinin qorunması üçün yaradıcı fəaliyyətlərin
təşviqi” proqramı çərçivəsində müsabiqənin qalibi olub.
“Festival Mədəniyyət Nazirliyi və “Yaradıcı
Gürcüstan”ın dəstəyi ilə həyata keçirilir və mədəni özünüifadə
rəngarəngliyinin qorunmasına, təşviqinə xidmət edən UNESCO
Konvensiya-sənədinin qəbul edilməsinin 20-ci ildönümünə həsr
olunub”, – Mədəniyyət Mərkəzinin məlumatında qeyd
olunub.
Marneuli Mədəniyyət Mərkəzi “Şin” festivalının keçirilməsi üçün “GT
Holding” MMC ilə müqavilə imzalayıb və tədbirin təşkil olunması
üçün şirkətə 146 500 lari ödəyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.