Daxili İşlər Nazirliyinin əməkdaşları son günlər ölkə üzrə həyata
keçirdikləri əməliyyat zamanı narkotik cinayətlərinə görə 50 nəfəri
saxlayıblar.
Saxlanılanların əksəriyyəti narkotik satıcısıdır. Əməliyyat zamanı
xüsusilə böyük miqdarda müxtəlif növ narkotik və psixotrop
vasitələr müsadirə olunub.
Əməliyyat Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Acarıstan,
İmereti, Sameqrelo–Yuxarı Svaneti, Quriya və Patrul Polis
Departamentlərinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında
həyata keçirilib. Saxlananlar
arasında həm Gürcüstan vətəndaşları,
həm də xarici ölkə vətəndaşları var.
Onlara böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması,
satılması və satışına yardım göstərilməsi ittihamları irəli
sürülüb.
Bu cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
Aparılan gizli istintaq hərəkətləri nəticəsində audio və video
qeydlər aparılıb. Saxlanılanların əksəriyyətinin müxtəlif üsullarla
narkotik vasitə satdıqlarını təsdiqləyiblər.
Hüquq-mühafizə orqanları tərəfindən satış üçün hazırlanmış müxtəlif
növ narkotik və psixotrop maddələr saxlanılan şəxslərin üzərində,
evlərində aparılan axtarışlar zamanı, eləcə də istintaq
eksperimenti zamanı onların göstərdiyi yerlərdən götürülüb.
Bundan əlavə, polis narkotiklərin qablaşdırılması üçün istifadə
edilən materialları, qanunsuz satılmış narkotikləri və narkotik
ticarətindən əldə olunduğu ehtimal edilən vəsaiti də müsadirə
edib.
Faktlarla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı,
260¹, 260² və 261-ci maddələri ilə davam etdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.