Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Qivi Mikanadze, Çin
Xalq Respublikasının təhsil naziri Huay Dzinfenqin dəvəti ilə 14–16
noyabr tarixlərində Pekində keçirilən Çin dili üzrə Dünya
Konfransında iştirak edir.
Bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.
Nazir konfransın açılış mərasimində iştirakçılara müraciət edərək
bildirib ki, Gürcüstan və Çin arasında dostluq münasibətləri stabil
şəkildə inkişaf edir və
bu, təhsil və elm sahələrinə də müsbət
təsir göstərir.
“Gürcüstan və Çin arasında mövcud olan səmərəli
əməkdaşlıq gələcəkdə də davam edəcək və biz təhsil, elm və
innovasiya istiqamətləri üzrə bir sıra birgə layihələri həyata
keçirəcəyik. Konfrans fikir və ideyaların mübadiləsi üçün yaxşı
imkan yaradır ki, bu da həm bizim, həm də iştirakçı ölkələrin
təhsil sistemlərinin yaxşılaşdırılması baxımından
vacibdir,” – deyə Qivi Mikanadze çıxışı zamanı
bildirib.
Məlumat üçün qeyd edək ki, son illərdə “Gürcü Arzusu” hökuməti
Çinlə əməkdaşlığı müxtəlif istiqamətlər üzrə daha da genişləndirir.
O cümlədən təhsil sahəsində — Çin və Gürcüstanın təhsil
nazirlikləri ali təhsildə keyfiyyət və sertifikatların qarşılıqlı
tanınması barədə saziş imzalayıblar.
Bundan əlavə, Təhsil Nazirliyi məktəblərdə Çin dilinin ikinci
xarici dil kimi tədrisinin təşviqi məqsədilə ibtidai və əsas pillə
üçün Çin dili proqramı üzərində işə başlayıb.
Hazırda Çin dili Gürcüstanın 24 məktəbində (13 dövlət və 11 özəl
məktəb) tədris olunur.
Mənbə: BM
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.