“C130” təyyarəsi qəzasında həlak olan hərbçilər üçün Türkiyədə anım mərasimi təşkil olunub
13:08 / 14.11.2025
Gürcüstan–Azərbaycan sərhədində düşən “C130” tipli hərbi yük
təyyarəsində şəhid olan 20 hərbçi üçün Mürted Hərbi Hava Bazasında
hərbi mərasim keçirilib.
Şəhidlərin cəsədləri Ankara Məhkəmə Tibb Ekspertizasındakı
prosedurlar tamamlandıqdan sonra Mürted Hərbi Hava Bazasında
keçiriləcək mərasim üçün hərbi mərasim meydanına aparılıb.
Ankara Mürted Hərbi Hava Bazasında təşkil olunan mərasimdə
iştirakçılar bir dəqiqəlik sükutla yad edib, Qurani-Kərim
tilavəti
oxunub. Daha sonra Diyanət İşləri Başqanlığının müavini Hafız Osman
Şahin şəhidlər üçün dualar oxuyub.
Şəhidlərin kimlikləri oxunduqdan sonra cəsədləri təyyarələrə
daşınaraq vətənlərinə yola salınıb.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş,
Milli Müdafiə naziri Yaşar Güler, Ailə və Sosial Xidmətlər naziri
Mahinur Özdemir Göktaş, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələri
rəhbərliyi, Ankara valisi Vasip Şahin, Azərbaycan Hərbi Hava
Qüvvələri komandanı General Namik İslamzadə, Azərbaycanın
Ankaradakı səfiri Rəşad Məmmədov və şəhid hərbçilərin ailələri
iştirak edib.
Şəhid hərbçilərin kimlikləri belədir:
Hava Pilot Yarbay Gökhan Korkmaz
Hava Pilot Binbaşı Serdar Uslu
Hava Pilot Binbaşı Nihat İlgen
Hava Pilot Üsteğmen Cüneyt Kandemir
Hava Uçak Baxım Üsteğmen Emre Mercan
Hava Uçak Baxım Astsubay Kıdemli Başçavuş Nuri
Özcan
Hava Uçak Baxım Astsubay Kıdemli Başçavuş Ümit
İnce
Hava Uçak Baxım Astsubay Başçavuş Hamdi Armağan
Kaplan
Hava Uçak Baxım Astsubay Başçavuş Burak
Özkan
Hava Uçak Baxım Astsubay Başçavuş İlker
Aykut
Hava Uçak Baxım Astsubay Başçavuş Akın
Karakuş
Hava Uçak Baxım Astsubay Başçavuş Emrah
Kuran
Hava Uçak Baxım Astsubay Başçavuş Ramazan
Yağız
Hava Uçak Baxım Astsubay Üstçavuş Emre
Altıok
Hava Uçak Baxım Astsubay Üstçavuş Berkay
Karaca
Hava Uçak Baxım Astsubay Üstçavuş Burak
İbbiği
Hava Uçak Baxım Astsubay Üstçavuş İlhan
Ongan
Hava İkmal Astsubay Kıdemli Çavuş Ahmet Yasir
Kuyucu
Hava Nəqliyyat Uzmanı Çavuş Cem Dolapci
Hava Nəqliyyat Uzmanı Çavuş Emre Sayın
Mənbə: aa.com.tr
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.