Cənubi Osetiyanın de-fakto hökuməti “Gürcü Arzusu”nun keçmiş Cənubi
Osetiya Muxtar Vilayəti ərazisində yaradılmış müvəqqəti
inzibati-ərazi
vahidinin ləğv edilməsi barədə qərarına münasibət bildirib.
Bəyanatda deyilir:
“Tbilisidən gələn qismən barışdırıcı tona baxmayaraq,
biz yenə qeyd edirik ki, rəsmi gündəmdə destruktiv terminologiya və
qiymətləndirici yanaşmalar istifadə olunur. Bunlar Qamsaxurdia və
Saakaşvili dövründən qalan ifadələrdir — ‘rus işğalı’, ittihamlar
və s.”
De-fakto hökumət bildirir ki, bu vəziyyət Gürcüstanda mövcud olan
kəskin daxili siyasi qarşıdurmanı əks etdirir.
“Bununla belə, bir daha Gürcüstan hakimiyyətini
çağırırıq ki, 2008-ci ilin avqustundan sonra formalaşmış siyasi
reallığı adekvat şəkildə dərk etsin” — deyə Cənubi
Osetiyanın de-fakto XİN-i bildirir.
Bəyanatda o da vurğulanır ki, Gürcüstan tərəfindən mövcud geosiyasi
status-kvonun qəbul edilməsi bölgədə sabitlik və dinc inkişafın
mümkün əsasını yarada bilər.
Keçmiş Cənubi Osetiya Muxtar Vilayəti ərazisindəki müvəqqəti
inzibati-ərazi vahidi 2007-ci ildə yaradılmışdı və fəaliyyətini
“Gürcü Arzusu”nun hakimiyyəti dövründə də davam etdirmişdi.
“Gürcü Arzusu” bildirir ki, Cənubi Osetiyada alternativ hökumətin
yaradılması ilə “Vahid Milli Hərəkat” separatçılıq proseslərinə
dolayı legitimlik vermişdi və əvvəlki hakimiyyət dövlət maraqlarını
xəyanətə uğratmışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.