Avropa İttifaqı Şurası üçüncü ölkələr üçün viza¬sız rejimin
dayandırılması ilə bağlı yeni qaydaları təsdiqləyib.
Yenilənmiş mexanizm çərçivəsində viza¬sız rejimin dayandırılması
üçün yeni əsaslar əlavə olunur:
- Avropa İttifaqının viza siyasəti ilə
uyğunsuzluq;
- Hibrid təhdidlər (məsələn, miqrant axınlarının dövlət
tərəfindən yönləndirilməsi);
- İnvestor vətəndaşlığı sxemləri (“qızıl
pasportlar”);
- Üçüncü ölkənin insan hüquqlarının və humanitar hüququn
pozulmasına, beynəlxalq məhkəmə qərarlarının icra edilməməsinə görə
münasibətlərin pisləşməsi.
Eyni
zamanda, mövcud əsaslar da qüvvədə qalır: vizaliberalizasiya
kriteriyalarının pozulması; Şengen zonasına girişə imtinanın,
həmçinin icazə veriləndən artıq qalma hallarının artması; əsassız
sığınacaq müraciətlərinin çoxalması; readmissiya üzrə əməkdaşlığın
azalması; daxili təhlükəsizliyə risklər (məsələn, cinayətkarlığın
artması).
Yeni qaydalar mexanizmin işə düşməsini də asanlaşdırır. Məsələn,
girişə imtina, viza müddətini aşma, sığınacaq müraciətləri və ciddi
cinayətlərin “əhəmiyyətli artım” həddi 50%-dən 30%-ə endirilir.
Viza¬sız rejimin müvəqqəti dayandırılma müddəti 9 aydan 12 aya
qaldırılır və əlavə 24 ay daha uzadıla bilər (hazırkı 18 ay
əvəzinə). Bu müddətdə Avropa Komissiyası üçüncü ölkə ilə dialoqa
başlayacaq və yaranmış səbəblərin aradan qaldırılması üçün addımlar
tələb edəcək. Üç ilədək uzatma mümkündür və problem həll olunmazsa,
Aİ viza¬sız rejimi tam ləğv edə bilər.
“Yeni mexanizm viza ləğvinə hədəflənmiş yanaşmanı
nəzərdə tutur. Hazırda viza¬sız rejim dayandırıldıqda bu, bütün
vətəndaşlara şamil edilir. Yeni qaydalara əsasən, əlavə 24 aylıq
mərhələ avtomatik olaraq bütün əhaliyə şamil edilməyəcək. Aİ
hökumət rəsmiləri və diplomatları ayrıca hədəfə ala
bilər”, – deyə Aİ Şurasının açıqlamasında
bildirilir.
Yeni qaydalar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan 20 gün sonra
qüvvəyə minəcək.
Viza¬sız rejimin dayandırılması mexanizmi indiki formada 2018-ci
ildən fəaliyyət göstərir. O, yalnız bir dəfə — 2024-cü ildə
Vanuatuya qarşı tətbiq olunub.
Bu, Gürcüstan üçün nə deməkdir?
Aİ liderlərinin son bəyanatları göstərir ki, Gürcüstan mexanizmin
tətbiqi baxımından əsas namizədlərdən biridir.
Əgər mexanizm fundamental hüquqların pozulması və ya Aİ ilə
münasibətlərin pisləşməsi əsasları ilə işə düşsə, Komissiya
viza¬sız rejimi bütün əhali üçün yox yalnız rəsmi şəxslər üçün
dayandıra bilər.
Aİ artıq Gürcüstanda verilmiş diplomatik pasportlarla viza¬sız
səyahəti dayandırıb, lakin həmin rəsmi şəxslər adi pasportla
Avropaya hələ də viza¬sız gedə bilirdilər. Bu qərarı ayrı-ayrı 14
Aİ ölkəsi tətbiq etmişdi. Yeni qaydalarda mexanizm işə düşərsə,
qərar bütün Aİ ölkələri üçün məcburi olacaq.