Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Gürcü
Arzusu”nun yeni qanun layihəsinə münasibət bildirib. Layihə
miqrasiya etmiş Gürcüstan
vətəndaşlarına seçkilərdə xaricdən səsvermə imkanını artıq vermir.
Onun sözlərinə görə, bütün kiçik ölkələr üçün emiqrantlara sahib
olmaq bir sərvətdir və onlara xüsusi qayğı göstərilir.
“
Hamımızın miqrasiyada yaşayan kimimizsə var və o şəxslər
diasporanın bir hissəsidir. Gürcüstandan bir milyondan çox insan
gedib, yəqin ki, bu rəqəm bir milyon yarıma çatıb. Onlar ölkəmizin
təkcə bir hissəsi deyil, həm də resursudur — hamınız bilirsiniz ki,
onların göndərdiyi pul köçürmələri büdcəni doldurur və görünür, bu
gün büdcəyə çox ehtiyac var.
Bu, ölkəmizin bir hissəsidir və onlar ona görə gediblər ki, dövlət
nə siyasi, nə də iqtisadi şərait yaratdı ki, geri qayıda bilsinlər.
Buna görə də dövlətin onlar qarşısında öhdəliyi var — ölkə ilə
əlaqələrini hər şəkildə qorumaq”, — deyə Zurabişvili
bildirib.
Onun sözlərinə görə, konstitusiyanın beşinci maddəsi dövləti
xaricdə yaşayan vətəndaşlara qayğı göstərməyə məcbur edir.
“Mənə maraqlı deyil, o bir milyon yarım insan səslərini kimə
verəcək. Söhbət ondadır ki, onlar tamhüquqlu vətəndaş olmalıdırlar.
Əgər bu ölkənin pasportuna və vətəndaşlığına sahibsənsə, səs
verməyi də bacarmalısan. Seçkilərdə iştirak sənin ölkənin vətəndaşı
kimi mövqeyini göstərən bir addımdır”.
17 noyabrda məlum olub ki, “Gürcü Arzusu” miqrantların xaricdən
parlament seçkilərində iştirak hüququnu ləğv etməyi planlaşdırır.
Bunun üçün partiya mübahisəli parlamentdə qanun layihəsini təqdim
edib.
Baxmayaraq ki, miqrantlar artıq xaricdə səs verə bilməyəcəklər,
“Gürcü Arzusu”nun liderlərindən biri və mübahisəli parlamentin
sədri Şalva Papuaşvili iddia edir ki, bu dəyişiklik səsvermə
hüququnu məhdudlaşdırmır, sadəcə yer və sərhədlər müəyyən edir.
2024-cü ilin parlament seçkilərində xaricdə 95 834 seçici
qeydiyyatdan keçmişdi, 42 ölkədə 67 seçki məntəqəsi açılmışdı.
MSK-nın məlumatına görə, xaricdəki məntəqələrin əksəriyyətində
müxalifət qalib gəlib. Məsələn:
• ABŞ-da hakim partiya cəmi 7% səs alıb.
• Böyük Britaniyada — 11.5%
• Almaniyada — 5.3%
• Yunanıstanda — 22.2%
• Fransada — 10.7%
və s.
“Gürcü Arzusu” yüksək nəticələri yalnız qonşu ölkələrdə göstərib, o
cümlədən:
• Türkiyədə — 44%
• Azərbaycanda — 89.5%
• Ermənistanda — 59.7%
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415