2026-cı il 1 yanvardan Gürcüstanda idxal olunan siqaretlər üçün
aksiz markası hazırkı 1.9 lari məbləğindən 2.75 lariyə yüksələcək –
bunu “Gürcü Arzusu”
deputatları tərəfindən hazırlanmış qanun layihəsi nəzərdə
tutur.
Eyni təşəbbüslə, yerli sənaye üçün siqaretin aksizi hər qutuya görə
1.9 laridən 1.3 lariyə endirilir. İzahat sənədinə görə,
dəyişikliklərin məqsədi yerli istehsalın dəstəklənməsidir.
Daha dəqiq desək, yerli
istehsal üçün xüsusi kvota tətbiq olunacaq
və ilk 35 milyon qutu üçün aksiz endirilmiş tariflə hesablanacaq,
35 milyondan yuxarı həcmlərə isə standart 2.75 lari aksiz tətbiq
olunacaq.
Hazırkı vəziyyətə görə, Gürcüstanda əsasən idxal olunan
siqaretlər istehlak olunur. 2024-cü il ərzində Maliyyə Nazirliyinin
Gəlirlər Xidməti ümumilikdə 355 milyon aksiz markası verib — bunun
330 milyonu idxal olunmuş siqaret, 25 milyonu isə yerli istehsal
siqaretləri üçün olub. Gəlirlərə gəlincə, yerli istehsaldan büdcəyə
63 milyon lari, idxaldan isə 1.15 milyard lari daxil olub.
Beləliklə, ümumi olaraq tütün aksizlərindən büdcəyə 1.2 milyard
lari gəlir əldə edilib.
Hazırda Gürcüstanda demək olar ki, yalnız bir yerli siqaret
istehsalçısı mövcuddur. Bu, biznesmen İvane Çxartişviliyə məxsus
“Smart Capital” holdinqinə daxil olan “Tbilisi Tobacco” şirkətidir.
“Tbilisi Tobacco”nun əsas brendləri “Pirveli”, “Fargo”, “American
Gold” və “Indian Strong” siqaretləridir.
Maliyyə hesabatına əsasən, “Tbilisi Tobacco” tərəfindən istehsal
olunan siqaretlərin satışı və ölkə üzrə distribusiyasını da yenə
“Smart Capital” holdinqinə daxil olan “Geodistribution” şirkəti
həyata keçirir. Beləliklə, “Tbilisi Tobacco” məhsulu yalnız
“Geodistribution”a satır və distribusiya tam şəkildə həmin şirkət
tərəfindən həyata keçirilir.
Maliyyə hesabatlarına görə, 2024-cü ildə “Tbilisi Tobacco”nun
gəliri 45 milyon lari, mənfəəti isə 14.8 milyon lari təşkil edib.
“Geodistribution”un gəliri isə 128.2 milyon lari, mənfəəti isə 4
milyon lari olub.
Yeni vergi güzəştləri ilə yanaşı, Gürcüstan Parlamenti bir neçə gün
əvvəl yerli tütün istehsalı üçün xammalın xaricdən idxalına tətbiq
olunan vergi güzəştinin 2028-ci ilə qədər uzadılmasını da
dəstəklədi.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415