2026-cı il 1 yanvarından idxal olunan siqaretlərə aksiz dərəcəsi
bir qutu üçün 85 tetri artırılaraq 2.75 laridən müəyyən olunur –
bunu “Gürcü Arzusu”
deputatları Şota Berekaşvili, Qiorqi Barvenaşvili, Levan
Maçavariani və Tornike Berekaşvili tərəfindən irəli sürülmüş qanun
layihəsi nəzərdə tutur.
Eyni qanun layihəsinə əsasən, yerli istehsal siqaretlərinə tətbiq
olunan aksiz dərəcəsi, hazırda idxal olunanla bərabər olub
1.9 lari
təşkil edirdisə, bundan sonra 1.3 lari olacaq.
Bundan əlavə, qanun layihəsinə görə, yerli tütün məhsullarına
güzəşt ilk 35 milyon qutuya şamil ediləcək, bu həddi aşan hissəyə
isə standart tarif tətbiq olunacaq. Həmçinin, yerli istehsal üçün
aksizin advalor komponenti azaldılır və satış qiymətinin 15%-i
olaraq müəyyənləşir. İdxal olunan siqaretlərdə isə advalor
komponenti 30%-dən 20%-ə endirilir.
Gürcüstanda əsasən idxal olunan tütün məhsullarının istehlak
edildiyini nəzərə alaraq, 2026-cı ildən siqaretin orta qiymətinin
artacağı gözlənilir.
“Qanun layihəsinin məqsədi yerli istehsalın qorunması və
sektorda rəqabət qabiliyyətinin artırılmasıdır. Bu məqsədə çatmaq
üçün isə yerli istehsal olunan siqaretlərdə (2402 20 kodu ilə
göstərilən tütün məhsullarında, ildə 35 milyon qutuya qədər) aksiz
dərəcəsinin azaldılması tələb olunur. Bundan əlavə, 35 milyon
qutudan artıq yerli istehsal və idxal olunan siqaretlər üzrə aksiz
dərəcələrinin dəyişdirilməsi fiskal və ictimai məqsədlərin həyata
keçirilməsi üçün vacibdir.
Yerli istehsal olunan siqaretlərə (2402 20 kodlu tütün növləri,
ildə 35 milyon qutuya qədər) aksiz dərəcəsinin azaldılması həm
bazar strukturuna, həm də rəqabət mühitinə əhəmiyyətli təsir
göstərəcək. Nəticədə, sağlam rəqabət mühiti formalaşacaq və bazarda
yerli istehsalın payı artacaq. Bu isə iqtisadi aktivliyin
gücləndirilməsi və büdcə gəlirlərinin sabitləşdirilməsi üçün
əlverişli şərait yaradacaq. 35 milyon qutudan artıq yerli istehsal
və idxal olunan siqaretlər üzrə aksiz dəyişikliyi nəticəsində
fiskal və ictimai məqsədlərə nail olunması gözlənilir.
2402 20 kodunda göstərilən yerli istehsal siqaretlər ildə 35 milyon
qutuya qədər tütün tərkibli məhsullar üçün hər 20 ədədinə görə 1.3
lari aksizlə vergiyə cəlb olunacaq; 35 milyon qutudan artıq olan
yerli, eləcə də idxal olunan siqaretlər isə hər 20 ədədinə görə
2.75 lari aksizlə vergiyə cəlb olunacaq. – 2402 20 koduna daxil
olan, ildə 35 milyon qutuya qədər yerli istehsal filtrli və
filtrsiz siqaretlər üçün hər 20 ədədinə aksiz dərəcəsi 188-ci
maddənin birinci hissəsində göstərilən əsas aksiz dərəcəsi +
məhsulun pərakəndə satış qiymətinin 15%-i olacaq. 35 milyon qutudan
çox olan yerli istehsal filtrli/filtrsiz siqaretlər üçün isə əsas
aksiz dərəcəsi + satış qiymətinin 20%-i tətbiq olunacaq”,
– deyə qanun layihəsinin izahat məktubunda qeyd
edilir.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə,
2025-ci ilin ilk 8 ayında ölkədə 281 milyon qutu siqaret aksiz
markası verilib — bunun 263 milyonu idxal olunan, 18.1 milyonu isə
yerli istehsal məhsulu olub.
Ümumilikdə, 2024-cü ildə hökumət yerli siqaretlərin aksizindən 63
milyon lari, idxal olunanlardan isə 1.15 milyard lari gəlir əldə
edib.
Bundan əlavə, önəmli məqam odur ki, parlament yerli tütün sənayesi
üçün tütün xammalının idxalına tətbiq olunan güzəşti 2028-ci ilə
qədər uzadıb.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415