Bu gün, 18 noyabr tarixində, Marneulinin yeni Bələdiyyə Məclisinin
ilk iclası keçirilib.
İclasda 5 məsələ müzakirə edilib və əvvəlki Bələdiyyə Məclisinin
üzvləri kimi, yeni üzvlər də bütün məsələlər ilə bağlı müsbət
qərarlar qəbul ediblər.
Bələdiyyə Məclisinin ilk iclası sualsız keçdi. Deputatlardan heç
biri müzakirə olunan məsələlərlə bağlı heç bir sual vermədi.
Marneuli Bələdiyyə Məclisi tərəfindən
müzakirə ediləcək məsələlər
arasında 2025-ci il büdcəsinə düzəlişlər, Regionda Həyata
Keçiriləcək Layihələr Fondundan maliyyələşdiriləcək layihələrin
siyahısının təsdiqi, meriya və Bələdiyyə Məclisinin yanacaq,
danışıq kartları üçün limitlərin təsdiqlənməsi var idi.
Regional İnkişaf Fondu Marneulidəki Kəpənəkçi inzibati vahidinin
kəndlərində daxili yolların tikintisini planlaşdırır.
“Qeyd olunan layihəyə 6 kənd daxildir – Algeti Üzümçülük
Təsərrüfatı, Keşəli, İlməzli, Kəpənəkçi, Birinci və İkinci Kosalı.
Ümumilikdə 3,5 kilometr yol var və 1 580 000 lariyə başa
gəlir”, – Bələdiyyə Məclisinin iclasında qeyd
edilib.
Marneuli Bələdiyyə Məclisinin yanacaq və danışıq kartı limitlərində
də dəyişikliklər edilib. Məsələ ilə bağlı çıxış edənin sözlərinə
görə, danışıq və yanacaq kartı limitləri dəyişməz olaraq qalır.
“Bildiyiniz kimi, Bələdiyyə Məclisinin yeni tərkibi
təsdiqlənib və müvafiq olaraq, Bələdiyyə Məclisinin yanacaq,
danışıq kartı limitlərinin müəyyən edilməsi ilə bağlı qərarında
dəyişiklik edilir. Bu halda limitlər dəyişmir və yalnız yeni üzvlər
üçün təsdiq edilir”, – Bələdiyyə Məclisinin üzvü
Teona Parcani bildirib.
18 noyabrda keçirilən iclasda deputatlar həmçinin bələdiyyənin
fövqəladə halların idarə edilməsi planının hazırlanmasını
dəstəkləyiblər və bu plana əsasən bələdiyyədə təbii fəlakətlərə
qarşı əlavə tədbirlər planı müəyyən edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415