“Küçə ticarəti şəraitində alınan süd məhsulları sizin
sağlamlığınız üçün təhlükəlidir” – bu, Qida Təhlükəsizliyi Milli
Agentliyinin əhaliyə ünvanladığı xəbərdarlıqdır.
“Agentlik mütəmadi olaraq istehlakçılara çağırış edir ki,
südü qeyri-təşkilatlanmış ticarət məntəqələrindən almasınlar, çünki
belə yerlərdə qidanın izlənəbilənliyi təmin olunmur. Yoxlanılmamış
heyvani mənşəli qidanın istehlakı həyat və sağlamlıq üçün təhlükəli
xəstəliklərlə yoluxma riskini artırır. Vaxtında reaksiya
göstərilməsi üçün istehlakçıların iştirakı çox vacibdir. Qanun
pozuntusu aşkar etdikdə isti xəttə – 15-01 nömrəsinə zəng
edin”, – deyə agentlik bildirir.
Qurumun məlumatına görə, Qida Təhlükəsizliyi Milli Agentliyi süd və
süd məhsullarının nəzarətini ilkin istehsaldan satış mərhələsinə
qədər fasiləsiz şəkildə həyata keçirir. Satış şəraiti – etiket, son
istifadə müddəti, temperatur rejimi yoxlanılır.
Agentliyin mütəxəssisləri müxtəlif göstəricilər üzrə tədqiq etmək
üçün süd və süd məhsullarından nümunələr götürürlər. Süd toplanma
məntəqələrində və emal müəssisələrində müxtəlif növ süd
məhsullarının hazırlanmasında istifadə olunan çiy süd
laboratoriyada yoxlanılır. Yoxlama və tədqiqatların nəticələri
barədə məlumat agentlik tərəfindən proaktiv şəkildə yayımlanır.
Qeyd olunur ki, süd laboratoriyada 24 göstərici üzrə yoxlanılır.
Bunlara bruselyoz, baytarlıq preparatlarının (antibiotiklərin)
qalıqları, aflatoksin, qurğuşun və digər maddələr daxildir.
Həmçinin bildirilib ki, agentliyin prioritetlərindən biri
qeydiyyatsız istehsalatların aşkarlanması və onların qanunvericilik
çərçivəsinə salınmasıdır.
Ölkə üzrə aparılan monitorinq nəticəsində agentliyin inspektorları
süd məhsulları istehsalı üzrə 45 qeydiyyatsız müəssisə aşkar
ediblər.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415