BMT Təhlükəsizlik Şurası ABŞ-nin Qəzzada sülh planını təsdiqlədi
Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır.

Qətnamə layihəsini ABŞ təqdim etmişdi. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yaradılması, ərazini müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulmasını nəzərdə tutur. Qətnamədə eləcə də bir
neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.

Qətnaməni Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib, Rusiya və Çin bitərəf qalıb. Müşahidəçilər bunu Tramp administrasiyasının ciddi diplomatik qələbəsi kimi qiymətləndirirlər.

"Bu, tarixi əhəmiyyətə malik bir andır", – ABŞ prezidenti D.Tramp özünün sosial şəbəkə səhifəsində yazıb.

Qətnamənin qəbulu Rusiyanın mövqeyinə görə sual altında idi, çünki Rusiya bir müddət öncə öz qətnamə layihəsini təklif edib, daha çox Fələstin dövlətinin yaradılmasına diqqət ayrılıb. Ərəb və müsəlman ölkələri isə ABŞ-nin təqdim etdiyi layihəni dəstəkləyirdi.

Sənəddə deyilir ki, beynəlxalq kontingent Qəzza zolağının silahsızlaşdırılmasına, silahlı qruplardan silahların yığılması, Qəzzada təhlükəsizliyin təmin edilməsinə, sərhədlərin qorunmasına cavabdeh olacaq. Noyabrın 17-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS Fələstin qruplaşması qətnaməni tənqid edib, beynəlxalq kontingentin neytral qüvvə olmayacağını, onu tərksilah etməyə cəhd göstərərsə, işğal tərəfini dəstəkləmiş olacağını bildirib.

Qətnamə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə öz missiyasını yerinə yetirmək üçün gərəkən bütün tədbirləri görmək səlahiyyəti verir. Bu isə silah tətbiqinə icazə anlamına gəlir. Qəzza beynəlxalq kontingentin nəzarətinə keçdikdən sonra İsrail ordusu ərazidən çıxacaq.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google