Rusiya Baş Prokurorluğunun məlumatına əsasən, bir neçə ay
Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmüş Gürcüstanın
sabiq
vitse-premyeri Qiorqi Baramidze qondarma Donetsk Xalq
Respublikasında qiyabi şəkildə məhkəməyə veriləcək.
“Məhkəmə Donetsk Xalq Respublikasının prokurorluğu
tərəfindən Gürcüstanın 57 yaşlı vətəndaşı Qiorqi Baramidzeyə qarşı
açılmış cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Ona Rusiya
Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (silahlı
münaqişədə muzdlunun iştirakı) ilə ittiham irəli sürülüb. Cinayət
işi mahiyyəti üzrə baxılması üçün DXR Ali Məhkəməsinə göndərilib”,
– deyə Rusiya Baş Prokurorluğunun yaydığı məlumatda
bildirilir.
İstintaqın versiyasına görə, Baramidze 2022-ci ilin fevralında
muzdlü döyüşçü kimi Ukraynaya gedib və orada Gürcü Milli Legionuna
qoşulub. Bildirilir ki, o, hərbi hazırlıq keçib və 2022-ci ilin
aprel ayına qədər Rusiya hərbçilərinə qarşı döyüşüb, aldığı ödəniş
isə 238 000 rublu keçib.
“Baramidze beynəlxalq axtarışa verilib və məhkəmə ona
qiyabi şəkildə həbs-qətimkan tədbiri seçib”, – deyə
Rusiya Baş Prokurorluğu bildirir.
“Milli Hərəkat” partiyasının siyasi katibi olan Qiorqi Baramidze
isə Azadlıq Radiosuna açıqlamasında bunun onun üçün “təəccüblü
olmadığını” bildirib:
“Kiyevdə olanda da bunu gizlətməmişdim, indi də bununla
qürur duyuram. Mənim kimi insanların orada olmaması rüsvayçılıq
olardı”, – deyə Baramidze bildirib.
Rusiya tərəfindən beynəlxalq axtarışa verilməsini nəzərə alan
Baramidze səyahət zamanı müəyyən çətinliklərlə üzləşə biləcəyini
istisna etmir və Ermənistanda saxlanılan Qiorqi Kinoiyanın
hadisəsini xatırladır:
“Haraya getməli olduğumu, haraya getməməli olduğumu
diqqətlə seçməli olacam. Amma bu, Ukraynada ön cəbhədə döyüşən
insanların yaşadığı əziyyətlə müqayisədə çox gülməli bir
narahatlıqdır”.
Baramidze Rusiya prokurorluğunun muzdluluğa görə pul alması ilə
bağlı iddiasını “gülünc” adlandırır.
Ötən ilin fevralında “Mediazona” nəşri Rusiya Daxili İşlər
Nazirliyi tərəfindən müxtəlif ölkələrdən axtarışda olan şəxslərin
siyahısını dərc etmişdi. Rusiya onları “xarici muzdlular” kimi
axtarırdı. Bu siyahıda ən böyük qrup – 100 nəfər – Gürcüstan
vətəndaşları idi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.