“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze hələ də həmin
maddənin adını açıqlamır. Söhbət 2024-cü ilin noyabr-dekabr
aylarında
parlament qarşısında toplaşmış minlərlə insanın dağıdılmasında suya
qarışdırılaraq istifadə olunan maddədən gedir.
BBC-nin araşdırmasından sonra mübahisəli hala gəlmiş bu maddənin
alınmasına görə məsuliyyəti o, əvvəlki hakimiyyətin Daxili İşlər
naziri Vano Merabişviliyə yükləyib və bildirib ki, “Gürcü Arzusu”
hökumətinin keçmiş daxili
işlər naziri Vaxtanq Qomelaurinin həmin
maddəni yoxlamaq öhdəliyi olmayıb.
“TV Pirveli”nin jurnalisti Kobaxidzeyə sual verib:
— “DİN suya hansı maddəni qatdığını bilməli
deyil?”
“DİN bilməlidir ki, tozdan istifadə edir, tozun tərkibi
barədə qərar 2007 və 2009-cu illərdə qəbul olunub”, -
deyə Kobaxidze bildirib.
Jurnalist təkrarən sual verib:
— “Vaxtanq Üomelauri bilirdimi bu toz nə
idi?”
İrakli Kobaxidze:
— “Vaxtanq Qomelauri tozun təyinatını bilməli idi.
Vaxtanq Qomelauri kimyaçı deyil ki, 2007 və 2009-cu illərdə alınmış
tozu özü yoxlasın”.
Baş nazir əlavə edib ki, bu məlumatda “heç bir qalmaqallı şey
yoxdur”, çünki həmin maddədən 2007 və 2009-cu illərdə də istifadə
olunub.
O həmçinin bildirib ki,
“nəzəri cəhətdən Vano
Merabişvilinin və Şota Utiashvilinin (keçmiş hakimiyyət dövründə
DİN-in Analitik Xidmətinin rəhbəri) məsuliyyəti gündəmə gələ
bilər”.
1 dekabrda BBC araşdırma dərc etdi və araşdırmaya əsasən, Gürcüstan
hökuməti 2024-cü ilin antinhökumət nümayişlərini dağıtmaq üçün
Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə
edib. Araşdırmadan sonra “Gürcü Arzusu” bəyan etdi ki, BBC-yə qarşı
beynəlxalq məhkəmələrdə hüquqi prosesə başlayır.
“Gürcü Arzusu”nun keçmiş parlament lideri Mamuka Mdinaraadzenin
rəhbərlik etdiyi Dövlət Təhlükəsizliyi Xidməti iki maddə ilə
cinayət işi açdı:
“Vəzifə səlahiyyətlərini aşma”,
“Xarici təşkilata düşmən fəaliyyətdə kömək
etmə”.
“İstintaqın məqsədi — BBC-nin yaydığı məlumatın mənbəyi
olan şəxslərin müsahibələrinin nəyə əsaslandığını, onların
səsləndirdiyi məlumatların məzmununu və bu bilgilərin nə dərəcədə
etibarlı ola biləcəyini dəqiqləşdirməkdir”, - DTX-nin
bəyanatında deyilir.
DTX BBC-nin araşdırma filmində iştirak edən şəxsləri — həkimləri və
vətəndaş cəmiyyəti nümayəndələrini dindirilməyə çağırıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.