DTX – “Korrupsiya ilə bağlı 6 cinayət işi açdıq”
Dövlət Təhlükəsizliyi Xidməti korrupsiya ilə əlaqədar 6 cinayət işinin açıldığını bəyan edib. Bu işlərlə bağlı bu gün qurumda brifinq də keçirilib.


1. Rüşvət alma ittihamı ilə Marneuli 4 saylı dövlət məktəbinin fəaliyyətdə olan direktoru saxlanılıb. O, attestatın verilməsi üçün zəruri olan imtahanların guya verilməsi müqabilində vətəndaşlardan birindən rüşvət qismində 300 ABŞ dolları alıb.

2.
Rüşvətin alınmasına yardım etmək ittihamı ilə Şuaxevi bələdiyyəsinin əməkdaşı saxlanılıb. O, əvvəllər verilmiş geoloji rəyin dəyişdirilməsi yolu ilə ekomiqrantların mənzillə təmin edilməsi proqramı çərçivəsində nəzərdə tutulan 50 000 lari məbləğində həmmaliyyələşmənin alınması üçün zəruri olan yeni mühəndis-geoloji rəyin hazırlanması müqabilində Acarıstan MR Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər İdarəsinin Geoloji Xidmətinin rəhbərinə ötürülməsi üçün vətəndaşlardan birindən 3 000 lari tələb edib. Həmin məbləğin 1 500 larisi əvvəlcədən alınıb, qalan 1 500 larinin isə rəy hazırlandıqdan sonra verilməsi tələb olunub.

3. Tbilisi və Saqarecodə saxta sənədlərdən istifadə etməklə əvvəlcədən razılaşmış qrup tərəfindən külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə 3 nəfər saxlanılıb. DTX-nin məlumatına görə, “Horizonti 23” MMC-nin direktoru külli miqdarda vəsaitə sahib olmaq məqsədilə “Arqitravi” MMC-ni saxta şəkildə tenderdə iştirak etdirib və bələdiyyə ilə müqavilə bağlandıqdan sonra işlərin hamısını “Horizonti 23” MMC yerinə yetirib. Eyni zamanda “İnspekta” MMC-nin nəzarətçiləri tərəfindən işlər üzrə saxta inspeksiya hesabatı tərtib edilib və nəticədə 89 727 lari məbləğində vəsait dələduzluq yolu ilə mənimsənilib.

4. Təqsirləndirilən şəxs qismində “Logi” MMC-nin direktoru, “S.K. 2000” MMC-nin direktoru və Tbilisi Bələdiyyə Laboratoriyasının texniki nəzarətçisi məsuliyyətə cəlb olunub. DTX-nin məlumatına görə, 3 aprel 2023-cü il tarixində Tbilisinin Qldani rayonu administrasiyası ilə “Logi” MMC arasında “Muxiani 2” yaşayış massivində, Sameqrelo küçəsində kanalizasiya xarici şəbəkəsinin qurulması işləri ilə bağlı dövlət satınalma müqaviləsi bağlanıb. Müqavilənin dəyəri 572 907 lari olub. Həmin işlərə nəzarət Tbilisi Bələdiyyə Laboratoriyasının su və kanalizasiya şəbəkələri üzrə texniki nəzarətçisinə həvalə edilib. “Logi” MMC-nin direktoru “S.K. 2000” MMC-nin direktoru ilə birlikdə saxta sənədlər hazırlayıb, guya 3 738 kubmetr torpaq 178 reyslə 12 kilometr məsafədə yerləşən lisenziyalı poliqona daşınıb. Əslində isə torpaq “Logi” MMC tərəfindən daşınmayıb və iş aparılan ərazidə yerləşən dərəyə atılıb. Torpağın daşınması və yerləşdirilməsi ilə bağlı saxta sənədlər bələdiyyə laboratoriyasına təqdim edilib və nəzarətçi tərəfindən saxta akt tərtib olunub. Bu saxta məlumatlar icra aktlarına (forma N2) da daxil edilib və bunun əsasında “Logi” MMC-nin hesabına Qldani rayon administrasiyasından 104 290 lari köçürülüb.

5. Rüşvət alma işi üzrə təqsirləndirilən şəxs qismində Acarıstan MR Ali Şurası aparatının keçmiş əməkdaşı məsuliyyətə cəlb edilib. O, Kobuleti şəhərində, Davit Ağmaşenebeli prospekti və Çar Tamar küçəsi yaxınlığında dövlətə məxsus 2 torpaq sahəsinin icarəyə verilməsi müqabilində vətəndaşlardan birindən rüşvət qismində 3 000 lari tələb edib və mərhələli şəkildə 2 000 larini alıb.

6. Rüşvət alma və rüşvət alınmasına yardım işi üzrə təqsirləndirilən şəxs qismində Ozurqeti bələdiyyə başçısının Natanebi inzibati vahidi üzrə keçmiş nümayəndəsi və Ozurqeti bələdiyyəsinin daxili audit və inspeksiya xidmətinin fəaliyyətdə olan baş mütəxəssisi məsuliyyətə cəlb edilib. Onlar Ozurqeti bələdiyyəsinin Natanebi kəndində (Kaprovani), dənizkənarı zonada yerləşən, dövlətə məxsus 517 kvadratmetr torpaq sahəsindən icazəsiz istifadə və sonradan himayəçilik müqabilində vətəndaşlardan birindən rüşvət qismində 4 000 lari tələb ediblər. Həmin məbləğin 2 000 larisi əvvəlcədən alınıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google