İranlı 'Qremmi' laureatı Hacıpur dövlət icazəsi ilə albom buraxır
23:53 / 05.12.2025
İranlı "Qremmi" mükafatı laureatı Şervin Hacıpur dövlətin icazəsi
ilə debüt albomunu çıxacağını açıqlayıb.
Bəzi tərəfdarları onun bu addımını tənqid ediblər. Hacıpur "Qadın,
Həyat, Azadlıq" etirazlarının himninə çevrilmiş hit mahnının
müəllifidir.
27 yaşlı müğənni-bəstəkara "Beraye" (Üçün) mahnısına görə həbs
cəzası kəsilmiş, daha sonra əfv edilmişdi. Bu mahnı 2022-ci ildə
İranın ruhani hakimiyyətinə qarşı misilsiz etirazlara həsr
olunmuşdu.
Hacıpur X platformasında yazıb ki, "Vaqei" (Gerçək) adlı albomu
dekabrın sonunda çıxacaq, hakimiyyət ona rəsmi şəkildə yazmaq və
İslam Respublikasında qanuni şəkildə yayımlamaq üçün lisenziya
verib.
Sosial şəbəkələrdə bəziləri bu xəbəri "xəyanət" adlandırıb. İki
həftə öncə Hacıpur hakimiyyəti onu idman zallarına və konsertlərə
buraxmamaqda, ev kirayələməsini əngəlləməkdə, təməl hüquqlardan
məhrum etməkdə suçlayırdı.
Tənqidçilər sual edirlər ki, belə açıq tənqidindən sonra niyə
hökumətin icazəsi ilə albom çıxarır. Albomun yayımını Arad
Mədəniyyət və İncəsənət İnstitutu gerçəkləşdirir. Bu qurum İranda
musiqi lisenziyalarının alınması, konsertlərin təşkili üzrə
ixtisaslaşıb.
Hacıpur lisenziya almaq üçün "hakimiyyətə satılmaq" iddialarını
rədd edib, albom çıxarmaq qərarını müdafiə edib.
"Üç il işsiz, fəaliyyətdən məhrum qaldıqdan sonra,
nəhayət, albomumu buraxa bildim. Bu, xalqımızın ümumi maraqlarına
necə zidd ola bilər? İrandan getmək istəmirəm, işləmək
istəyirəm", – o, dekabrın 2-də
X platformasında
yazıb.
Tənqid edənlər, dəstəkləyənlər
Amma yazdıqları tənqidləri soyuda bilməyib.
Həmkarı Siavaş Kamkar X-də Hacıpura yazıb ki, "İranda qalmağın heç
kimə lütf deyil". Kamkar qeyd edib ki, Hacıpur qadın olsa idi, ona
solo albom üçün heç vaxt lisenziya verilməzdi. 1979-cu il İslam
İnqilabından bəri İranda qadınların ictimai şəkildə solo oxuması
qadağandır.
Amma Hacıpuru müdafiə edənlər də tapılıb. Tehranda yaşayan,
aktivizminə görə işləməyi yasaqlanan sənədli film rejissoru, qadın
hüquqları fəalı Müjqan İlanlu kimi. Onun fikrincə, tanınmış
sənətçilərdən hakimiyyətə meydan oxumaq gözləntisi anlaşılandır.
Amma əlavə edir ki, Hacıpur kimi yaradıcılığına görə hakimiyyətin
təzyiqini hiss etmiş, ümidverici bir sənətçidən eyni standartlar
tələb olunmamalıdır: "Hacıpura İrandan çıxmasını, necə hərəkət
etməsini deyənlər öncə özlərinə sual verməlidirlər ki, [Qadın,
Həyat, Azadlıq] hərəkatı üçün nə ediblər, hansı bədəli
ödəyiblər?".
İranda siyasi, hakimiyyəti tənqid edən mahnılar yasaqlanır, yaxud
sərt məhdudlaşdırılır. Rep və rok kimi Qərb təsirli janrlar da o
cümlədən. Qanunu pozan musiqiçilər həbs edilir, fəaliyyətləri
yasaqlanır. Amma risklər sənətçiləri mahnılarını "SoundCloud" və
"Spotify" kimi platformalarda yayımlamaqdan çəkindirmir.
Hacıpurun məşhurlaşması
Hacıpur 2022-ci ildə, hicab qanununu pozduğu iddia edilən gənc
qadın Məhsa Əmininin polis nəzarətində ölümü ilə başlanan etirazlar
zamanı tanınıb.
Onun mahnısı iranlıların etiraz səbəblərini izah edən tvitlərdən
toplanmışdı. Mahnı etiraz hərəkatının qeyri-rəsmi himninə çevrilib,
2023-cü ildə "Sosial dəyişiklik üçün ən yaxşı mahnı"
nominasiyasında "Qremmi" mükafatı qazanıb.
Hakimiyyət etirazlara sərt repressiya ilə cavab verib, onlarla
musiqiçi, incəsənət xadimi, fəal həbs olunub.
Mahnı yayılandan az sonra Hacıpur həbs edildi, ona 3 il 8 ay həbs
cəzası kəsildi. Amma 2024-cü ilin sentyabrında əfv olunub.
Sənətçilər onun buraxılması tələbi ilə kampaniya
başlatmışdılar.
Keçən il Hacıpur ölkədə məhkəmə və təhlükəsizlik məhdudiyyətlərini
tənqid edən "Əşğal" (Zibil) mahnısını buraxıb. Mahnı sosial
şəbəkələrdə hitə çevrilib, təkcə "Instagram"da 24 saat ərzində 1.5
milyon bəyənmə və 30 milyon baxış toplayıb.
İran mediası Hacıpurun debüt albomu üçün güclü ilkin satış
rəqəmlərinin olduğunu bildirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.