Ukraynada Rusiya bombardmanından tələm-tələsik evakuasiya olunan
kimsəsiz uşaqlar Türkiyənin kurort şəhərində nəzarətsiz
qalıblarmış.
Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP
dekabrın 3-də belə bir araşdırma yayıb.
Araşdırma Ukraynanın slidstvo.info və Çexiyanın investigace.cz
qurumları ilə birlikdə aparılıb.
Ukraynanın dördüncü böyük şəhəri Dneprdə bir internat məktəbindən
yeniyetmələri Türkiyənin cənubundakı Antalya şəhərində otelə
aparıblar. Qızlardan biri danışıb ki, ilk tapşırıqlarından biri
sahili
yosunlardan, hamam otaqlarını kifdən təmizləmək olub. OCCRP
bunları yeddi uşaqla müsahibələr, eləcə də Ukraynanın özünün tərtib
etdiyi konfidensial hesabata əsasən yazır.
Əvvəlcə yemək pis olmayıb, şərait sonradan pisləşib. Uşaqlar bəzən
yeməyin içindən tük, qurd çıxdığını deyiblər. Kiflənmiş otaqlarda
həddən çox uşaq yerləşdirilib. Onlara kameralar qarşısında oxumaq,
oynamaq tapşırılıb. Sonra bu videolardan ianə yığmaq üçün istifadə
olunub. Çəkilmək istəməyənləri cəzalandırıb, utandırıblar.
"Sizi yedizdirir, hər şeyin pulunu verir, hər yerə
aparırlar. Siz isə çəkilmək istəmirsiz?", – bir qız
onlara belə deyildiyini xatırladır.
İki yeniyetmə türkiyəli kişilərdən hamilə
qalıb
Uşaqların tələsik evakuasiyasını Ukrayna hökuməti deyil, yerli
multimilyoner biznesmen təşkil edib. Yerli qurumlar Ruslan Şostak
adlı biznesmenə kimsəsiz uşaqların evakuasiyası üçün müraciət edib.
O da tələm-tələsik Ruslan Şostak Xeyriyyə Fondu yaradıb.
Dnepropetrovskda 10-dan çox internat məktəbi və kiçik qayğı
mərkəzlərindən 3 min 500 uşaq və onların baxıcıları "Müharibəsiz
uşaqlıq" devizi altında köçürülüb.
2024-cü ilin martında Ukrayna Ombudsman ofisi otellərin birində
təftiş aparıb, oradakı şəraitlə bağlı hesabat hazırlayıb. Yüzlərlə
uşağın sistematik olaraq fiziki şiddət gördüyü, adekvat tibbi
yardım almadığı, hərdənbir onlayn dərslərə qatıldığı qeyd olunub.
Hesabatda o da yazılıb ki, baxıcılar uşaqlara təzyiq göstərib,
şəraitlə bağlı açıq danışmamağı tapşırıb.
Uşaqları ötən ilin sonunda Ukraynaya qaytarıblar. Onlardan ikisi
daha öncə qaytarılmışdı, otelə girmiş türkiyəli kişilərdən hamilə
qalıblarmış. Qızların yaşı, Türkiyə qanunvericiliyinə görə, cinsi
əlaqəyə razılıq vermək həddinə çatmasa da, xeyriyyə fondu bu barədə
hüquq-mühafizə orqanlarına xəbər verməyib.
"Çox uşaq bir yerdə olanda nələrsə baş verə
bilər"
Şostak slidstvo.info-ya ikisaatlıq müsahibəsində uşaqlarla işini
"vacib", "gərəkli" adlandırıb. Deyib ki, komandası ilə birlikdə
çətin şəraitdə mümkün olan ən yaxşı işi gerçəkləşdirib. O,
problemlərə görə məsuliyyəti baxıcıların, uşaqları müşayiət edən
internat işçilərinin üzərinə yıxıb.
Şostak Ombudsmanın "Larissa" otelindəki şəraitlə bağlı hesabatını
oxumadığını desə də, onun gəldiyi nəticələri "qüsurlu"
adlandırıb.
"Uşaqları qorumaq üçün təhlükəsizlik sistemləri, dörd
sərhəd qurmuşduq... Amma, görünür, çox uşaq bir yerdə olanda
nələrsə baş verə bilər", – o deyib.
OCCRP bu hesabatın ictimaiyyətə açıqlanmadığını yazır. Sənəddə bir
sıra tövsiyələr yer alıb – uşaqların daha yaxşı müəssisələrə
yerləşdirilməsi, rəsmi təhqiqat aparılması kimi. Amma tövsiyələrə
necə əməl olunduğu da bəlli deyil. Jurnalistlər Ukraynanın çoxsaylı
hökumət orqanlarından suallarına cavab ala bilməyiblər.
Ombudsman aparatı da hesabatı şərh etməyib.
Türkiyə hökuməti dekabrın 1-də bildirib ki, ukraynalı qızların
hamilə qalması barədə onlara rəsmi şikayət daxil olmayıb. Qısa
açıqlamada deyilir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər
Nazirliyi iddialardan daha sonra xəbər tutduqda kriminal şikayət
verib, hüquqi prosedurlar başladıb. Amma şikayətin kimdən
verildiyi, nəticəsi açıqlanmır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.