Kriptorubl – Rusiyanın sanksiyalardan yayınma üsulu?
00:14 / 06.12.2025
Kriptovalyuta mayninqi Rusiyanın yeni ixrac sahəsinə çevrilib.
Bu açıqlamanı Rusiya prezident administrasiyası rəhbərinin müavini
Maksim Oreşkin verib.
Rusiya Mərkəzi Bankı isə vətəndaşların ehtimal edilən "Bitcoin"
ehtiyatlarını qiymətləndirib –sentyabrın sonuna bu məbləğ 597
milyard rubl (7.86 milyard dollar) olub. "Ethereum" üzrə təxminən
154 milyard rubl, digər kriptovalyutalar üzrə – 209 milyard rubl.
Yəni toplam təxminən bir trilyon
rubl (13.16 milyard dollar).
AzadlıqRadiosunun rus xidməti – "Radio Svoboda" A7A5 adlı
kriptovalyutaya diqqət çəkir. İyulda onun toplam dövriyyəsi 41.2
milyard dollar, avqustda 51.2 milyard dollar təşkil edib.
"Chainalysis" xidməti bildirir ki, noyabrda A7A5 ilə 79 milyard
dollarlıq əməliyyat aparılıb. Mütəxəssislər bunu çox böyük dövriyyə
sayırlar. Kriptovalyutanı "A7 MMC" yaradıb. Bu şirkətin
Vladivostokdakı filialının açılışını videobağlantı vasitəsilə
prezident Vladimir Putin edib.
Sanksiyalardan yayınmaq üçün unikal vasitə
"Chainalysis"in milli təhlükəsizlik və kəşfiyyat bölməsinin rəhbəri
Endrü Firmanın fikrincə, "A7A5 tokeni sanksiyalardan yayınmaqdan
ötrü unikal vasitədir".
Amma "Radio Svoboda" yazır ki, söhbət təkcə sanksiyalardan yan
keçməkdən getmir. Ekspertlər deyirlər ki, Kreml Qərb banklarının və
ABŞ dollarının üstünlük təşkil etdiyi sistemdən kənarda paralel
maliyyə sistemi qurmaq istəyir.
Getdikcə Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların pozulmasına,
onlardan yayınmaya görə cinayət məsuliyyəti tətbiq edir. Avropa
İttifaqı (Aİ) 2024-cü ilin yazında belə bir direktiv qəbul
edib.
Aİ ölkələri bir sıra əməllərə görə də cəza tətbiq etməlidir:
sanksiya altında olan şəxsin ixtiyarına və ya xeyrinə birbaşa və ya
dolayı yolla maliyyə vəsaitləri, iqtisadi resurslar vermək; Aİ
sanksiyaları ilə qadağan edilmiş və ya məhdudlaşdırılmış maliyyə
xidmətləri, maliyyə fəaliyyəti göstərmək; Aİ sanksiyaları ilə
yasaqlanmış və ya məhdudlaşdırılmış digər xidmətləri göstərmək.
Hindistanla ticarət dövriyyəsində kəskin artım
Amma sanksiyalara baxmayaraq, Hindistan Rusiyadan neft alışını
davam etdirir. Rusiya rublunun kursuna bağlı kriptovalyuta
vasitəsilə idxalı qurur. Avropa Komissiyası Rusiyanı çirkli
pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskinin
yüksək olduğu ölkələr siyahısına salıb.
Dekabrın 5-də Vladimir Putin böyük bir nümayəndə heyəti ilə
Hindistanın paytaxtı Yeni Dehliyə gedib. Hindistan sanksiyalara və
ABŞ prezidenti Donald Trampın rüsumlarına baxmayaraq, Rusiya üçün
əsas ticarət tərəfdaşlarından biridir. Neft idxalı üzrə o, Çindən
sonra ikinci yeri tutur.
BBC son beş ildə Rusiya ilə Hindistan arasında ticarət
dövriyyəsinin kəskin artdığını yazır. Bunun təxminən dörd ili
müharibə dövrünə düşüb. "Radio Svoboda" ticarət dövriyyəsinin
təxminən 8.5 dəfə artdığını hesablayıb.
Rusiyanın VTB bankı Hindistanda filial açıb. "Reuters" yazır ki,
"Gazprombank" və "Alfa-Bank" da bunu etmək istəyir. Lakin
sanksiyalardan yan keçərək malların ödənilməsi üçün daha
qeyri-ənənəvi üsullar da mövcuddur və Rusiya hökuməti də bu yolları
aktiv şəkildə araşdırır, qismən leqallaşdırır.
İqtisadçı Boris Qrozovski radioya deyir ki, kriptovalyuta heç də
bütün məhdudiyyətləri aşaraq sakitcə ticarət etməyə imkan verən
sehrli çubuq deyil: "Amma sanksiyalar da daim
gecikir... Fərz etsək ki, sanksiyalar sürətlə, operativ tətbiq
olunur, maliyyə axınları izlənir, bu halda kripto müəyyən dövr üçün
işlək ixrac-idxal sxemlərinin təşkilinə imkan verə bilər. Sonra isə
sanksiya qoyan orqanlar bunu bağlayırlar".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.