Böyük Britaniya hökuməti 2022-ci ildə müharibə başlayandan sonra
ölkədə dondurulmuş Rusiya aktivlərindən 8 milyard funt sterlinqi
Ukraynaya verməyi planlaşdırır,
- bunu "The Times" yazır. Nəşrin Britaniya hökumətindəki mənbəsinə
görə, vəsaitlərin açılması və Kiyevə ötürülməsi üçün dəqiq mexanizm
hələ razılaşdırılmayıb.
Britaniyanın xarici işlər naziri İvett Kuper dondurulmuş
vəsaitlərin istifadəsi ideyasını dəstəkləyib. Nazirin fikrincə,
Ukraynaya "substantial maliyyə dəstəyi" göstərilməsi
Rusiyanı
danışıqlara sövq edə bilər.
Rusiya Ukraynaya hücum etdikdən sonra Qərb ölkələrində Rusiya
Mərkəzi Bankının təxminən 260 milyard avro dəyərində aktivləri
dondurulub. Bu vəsaitlərin böyük hissəsi — təxminən 193 milyard
avro — Belçikada "Euroclear" depozitarının hesablarında saxlanılır.
Avropa ölkələri bu vəsaitlərin Ukraynaya yardım üçün istifadəsi
ideyasını artıq, demək olar, dörd ildir müzakirə edirlər.
Son həftələrdə Avropada həmçinin Rusiyanın aktivləri girov
qoyulmaqla Kiyevə 140 milyard dollarlıq "reparasiya krediti"
verilməsi ideyası da müzakirə olunur. Lakin əsas vəsaitlərin onun
yurisdiksiyasında olması səbəbindən Belçika buna qəti şəkildə qarşı
çıxır — çünki Rusiyanın hüquqi iddialarından ehtiyatlanır.
Avropa Mərkəzi Bankı da belə bir "reparasiya krediti"ni
sığortalamağa hazır deyil.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.