Polis narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsinə görə Türkiyə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları, böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü U.O.-nu saxlayıblar.

“Sarpi” sərhəd-buraxılış məntəqəsində aparılan şəxsi axtarış zamanı hüquq-mühafizə orqanları onun üzərindən xüsusi böyük miqdarda — 21 bağlama şəklində qablaşdırılmış “kokain” narkotik vasitəsini
aşkar edərək maddi sübut kimi götürüblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri üzrə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google