ABŞ prezidenti Donald Trampın administrasiyası yeni milli
təhlükəsizlik strategiyasını açıqlayıb.
Sənəd Tramp administrasiyasının başlıca xarici siyasət
parametrlərini əks etdirir ki, bir sıra vacib məsələlərdə əvvəlki
administrasiyanın baxışı ilə üst-üstə düşmür.
33-səhifəlik sənəddə, digər məsələlərlə yanaşı, Avropa İttifaqı
(Aİ) də daxil Birləşmiş Ştatların bir neçə tərəfdaşı tənqid olunur,
Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpasının
zəruriliyindən danışılır.
Demokratiya
Strategiyaya əsasən, aparıcı dünya gücü kimi ABŞ digər dövlətlərin
işləri ilə maraqlanmaya bilməz, ancaq ölkələr Vaşinqtonun diqqət
mərkəzinə yalnız o halda düşəcəklər ki, hərəkətləri Amerika
maraqlarına birbaşa toxunsun. Vurğulanır ki, demokratiyanın
inkişafında ABŞ digər ölkələrə öz standartları ilə
yanaşmayacaq.
Çin
Çinlə münasibətlərə,
əsasən, "daha ədalətli" ticarət əlaqələri
kontekstində toxunulur. Bildirilir ki, ABŞ Asiya-Sakit Okean
regionunda müharibəni önləməkdə maraqlıdır, əvvəlkitək Tayvan
məsələsində status-kvonun pozulmasına - Çinin adanı güc yolu ilə
nəzarətə götürməsinə qarşıdır.
Ukrayna müharibəsi
Sənəddə Ukraynada atəşkəs razılaşmasının əldə olunması, Rusiya ilə
Avropa ölkələri arasında silahlı qarşıdurma riskinin azaldılması
"Birləşmiş Ştatların başlıca marağı" adlandırılır.
Konsepsiyada Rusiyaya qarşı, demək olar ki, tənqid yoxdur. Əksinə,
Aİ ölkələrinin hökumətləri tənqid olunur, bəzilərində hakimiyyətin
söz azadlığını və siyasi müxalifəti boğduğu iddia olunur. (sağçı
populist qüvvələr nəzərdə tutulur)
Bildirilir ki, Avropa rəsmilərinin Ukraynadakı müharibənin nəticəsi
ilə bağlı "qeyri-real" gözləntiləri var:
"Avropalıların
əksəriyyəti sülh istəyir, lakin bu istək siyasətdə əks olunmur,
əsasən də hökumətlər demokratik prosesi pozduğu
üçün".
"Qeyri-avropalı" Avropa
Sənəddə deyilir ki, kütləvi miqrasiya səbəbindən bir sıra Aİ və
NATO ölkələri "kimliklərini itirə", "əsasən qeyri-avropalı" ola
bilərlər, - və bundan sonra onların ABŞ ilə münasibətlərinin necə
inkişaf edəcəyi bəlli deyil. Amma vurğulanır ki, ABŞ Avropa ilə
tərəfdaşlıqdan imtina etməməli, əksinə, onun öz kursunu
dəyişdirməsinə nail olmalıdır: Amerika Avropanın hərəkətinin
hazırkı trayektoriyasına müqaviməti təşviq etməlidir.
NATO
Rusiya ilə razılaşmalar əldə etməklə Avropada strateji sabitliyin
bərpası prioritetlərdən biri adlandırılıb. Bildirilir ki, Rusiya
ilə Aİ arasında münasibətlərin yaxşılaşdırılması ABŞ tərəfindən
böyük diplomatik səylər tələb edəcək.
NATO ilə bağlı deyilir ki, onun "daim genişlənən ittifaq" kimi
qavranılmasından imtina olunmalıdır.
ABŞ vitse-prezidenti Cey Di Vens hələ fevralda Münhen konfransında
Aİ ölkələrini tənqid edərək, onları söz azadlığını və demokratik
prosesləri yatırmaqda günahlandırıb. Avropa ölkələri və Aİ
liderləri Tramp administrasiyası ilə birbaşa qarşıdurmadan
çəkinərək transatlantik birliyin qorunub saxlanmasının zəruriliyini
bəyan ediblər. Onların bir çoxu düşünür ki, hərbi xərclərin
artırılması da daxil Ağ evin tələbləri əslində Avropa və onun
strateji muxtariyyət əldə etməsi üçün faydalı olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.