İran Xarici İşlər Nazirliyi (XİN) dekabrın 7-də onlarla iranlının
vətənlərinə deportasiya olunduğunu bildirib.
Bu, prezident Donald Trampın miqrasiya qadağası çərçivəsində ikinci
repatriasiyadır.
"Təxminən 55 vətəndaş növbəti günlərdə İrana qayıdacaq.
Son bir neçə ayda artıq ikinci qrup İrana
qaytarılır", – İran XİN mətbuat katibi İsmail Bəqayi
deyib. Onun iddiasına görə, "deportasiyalar siyasi səbəblər və
beynəlxalq hüquqa zidd antimiqrant
siyasətinə söykənir".
CNN təyyarənin dekabrın 7-də Küveyt vasitəsilə İrana çatacağını
xəbər vermişdi. 120 nəfəri daşıyan ilk reys isə oktyabrda Qətər
vasitəsilə Tehrana gedib.
ABŞ və İran arasında birbaşa diplomatik əlaqə yoxdur. Əksər
qarşılıqlı təmaslar vasitəçilər üzərindən gerçəkləşdirilir. Amma
deportasiyaların transferi Vaşinqton və Tehran arasında qeyri-adi
dərəcədə koordinasiya tələb edib.
İrana ittihamlar
Vaşinqton və Qərb müttəfiqləri Tehrana ağır maliyyə sanksiyaları
tətbiq edib, onu nüvə silahı hazırlamağa çalışmaqda, Yaxın Şərqdə
ekstremist zorakılığı dəstəkləməkdə günahlandırıblar. İran
iddiaları rədd edir.
İnsan haqları müdafiəçiləri Birləşmiş Ştatlara dəfələrlə müraciət
edərək miqrantları insan haqlarının durumu zəif olan ölkələrə
deportasiya etməməyə çağırıb. İran insan hüquqları ən pis qorunduğu
ölkələr sırasındadır. İslam Respublikası siyasi dissidentlərə,
fəallara, dini azlıqlara, LGBTQ fərdlərə qarşı genişmiqyaslı
təqiblər aparır.
Son illər çoxsaylı iranlı eyni risklər səbəbindən ABŞ-də sığınacaq
almaq üçün Mərkəzi Amerika ərazisindən bu ölkəyə gedib.
ABŞ hakimiyyəti sentyabrda təxminən 400 iranlının deportasiya üçün
müəyyən olunduğunu bildirib.
Ağ evin mətbuat katibi Ebiqeyl Cekson ilk deportasiyalardan sonra
AP-yə deyib ki, administrasiya prezident Trampın qeyri-qanuni
miqrantların tarixdə ən böyük kütləvi deportasiyasına dair vədini
gerçəkləşdirməyə sadiqdir, bundan ötrü bütün vasitələrdən istifadə
olunacaq.
Dekabrın əvvəllərində ABŞ İrandan, Əfqanıstandan və Türkmənistan
daxil 19 ölkədən vətəndaşların miqrasiya ərizələrinə baxılmasını
dayandırıb.
Buna Ağ ev yaxınlığında Milli Qvardiyanın iki üzvünə hücum səbəb
olub. Hakimiyyət hücumu 2021-ci ildə Əfqanıstandan Birləşmiş
Ştatlara daxil olmuş bir şəxsin həyata keçirdiyini bildirib. Hücuma
məruz qalanlardan biri xəstəxanada vəfat edib, digəri hələ də
xəstəxanadadır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.