Suriya prezidenti Bəşər əl-Əsədin ötən il devrilməsi Yaxın Şərqdə
əks-səda verdi, özəlliklə də onun ən yaxın müttəfiqi İranda.
Əsədin süqutu İrana böyük zərbə idi. Axı Tehran Suriyadan regional
təsirini genişləndirmək, ən böyük rəqibi İsrailə qarşı vuruşan
silahlı qruplara silah ötürmək üçün istifadə edirdi.
2024-cü il dekabrın 8-də Əsəd devrildi. Üstündən bir il keçir,
İran
hələ də Suriyadakı strateji məğlubiyyətinin fəsadları ilə
çabalayır. İslam Respublikası Suriyada nüfuzunu bərpa etməyə
çalışır. Amma ekspertlər Tehranın əvvəlki mövqelərə qayıdışını real
saymırlar.
Əsədin devrilməsi ilə İran Aralıq dənizindəki yeganə öncül bazasını
itirdi. Dəməşqi ayaqda saxlamaq üçün xərclədiyi milyardlar puça
getdi. Bunu Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları
Müşahidə Şurasının direktoru Rami Əbdülrəhman deyir.
"Başqa sözlə, İran regionda təsir dairəsini
genişləndirmişdi, indi yenidən öz təbii sərhədlərinə
qayıdıb", – Əbdülrəhman AzadlıqRadiosunun fars
xidmətinə bildirib.
20112020-ci illərdə, Suriyada vətəndaş müharibəsi başlayandan İran
Əsəd hökumətini dəstəkləməyə təxminən 30-50 milyard dollar
xərcləyib.
Tehran regionun müxtəlif yerlərindən on minlərlə şiə döyüşçüyə
təlim keçib silahlandırıb, Əsədi müdafiə etmək üçün Suriyaya
göndərib. İran özünün yüzlərlə hərbi qulluqçusunu da Suriyaya
yollayıb.
Bütün bunlar Suriyanın İran üçün əhəmiyyətini göstərirdi. Əsədin
hakimiyyəti dövründə Suriya Tehranın bölgədəki "müqavimət oxu"nun -
əlaltılar şəbəkəsinin təməl daşlarından idi.
Suriya bu alyansda yeganə dövlət idi; alyansın digər əsas üzvü
Tehranın ən önəmli və güclü proksi qüvvəsi Livanın "Hizbullah"
təşkilatıdır. Suriya "Hizbullah" üçün əsas təchizat marşrutu idi,
Əsədin devrilməsi ilə bu dəhliz bağlandı.
Barışığa gedən yol asan deyil
Əsədin devrilməsindən az sonra İranın ali lideri Əli Xamenei
suriyalılara yeni hakimiyyətə qarşı ayağa qalxmağı çağırdı. Bu
açıqlamalar İranın Suriyaya müdaxilə cəhdi kimi
qiymətləndirildi.
Martda Suriyanın qərbində məzhəb zorakılığı alovlananda da bəziləri
Tehranı gərginliyi qızışdırmaqda suçladı. Toqquşmalarda iştirak
edən bir neçə şiə silahlı liderinə İranın İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) təlim keçdiyi bildirilirdi.
Ekspertlər deyirlər ki, İran Suriyada ölkədə yenidən möhkəmlənməyə
çalışır, bundan ötrü məzhəb zorakılığından, Suriyanın müvəqqəti
prezidenti Əhməd əs-Şaraaya sadiq qüvvələrin törətdiyi iddia edilən
vəhşiliklərdən yararlanır.
Mütəxəssislərə görə, İran daha çox yerli döyüşçüləri, proksi
komandirləri yetişdirməyə üstünlük verəcək, nəinki açıq şəkildə öz
qüvvələrini yerləşdirməyə.
"İslam Respublikasının fəaliyyətləri ilə bağlı sənədləşdirilmiş
hesabatlar yoxdur, amma müxtəlif media qurumları Tehranın Suriyada
özünə sadiq qüvvələri yenidən qurmaq cəhdlərindən
yazıb", – İspaniyada yaşayan Yaxın Şərq üzrə ekspert
Əta Məhəmməd-Təbriz bildirir.
"İslam Respublikasının əs-Şaraa əleyhdarı qüvvələrlə
əməkdaşlıq etməyə, onların səsini eşitdirməyə çalışdığını da
görürük", – o əlavə edir.
Bu arada İranın Rusiyaya yönəldiyi haqda məlumatlar yayılıb. Moskva
əs-Şaraa ilə münasibətlər qura bilib, Tehrana da yeni hökumətlə
əlaqə yaratmağa kömək edə bilər.
Əbdülrəhman isə İranın geriyə yolu qalmadığına inanır.
"İranın Suriyada yenidən qəbul edilməsinə şans qalmayıb, nə hökumət
səviyyəsində, nə xalq arasında, hətta ələvilər içində belə.
Ələvilər hazırda İranı daha çox tənqid edirlər", – o
söyləyir.
Ələvilər şiə islamının qoludur, Əsəd və onun tərəfdarlarının çoxu
bu məzhəbdəndir. İran da əsasən şiə ölkəsidir və özünü bu məzhəbin
qoruyucusu kimi göstərir.
Əş-Şaraa nə deyir
Suriyanın müvəqqəti prezidenti Tehranla əlaqələri tamamilə
kəsməyib. Amma İran vətəndaşlarının ölkəyə girişi yasaqlanan iki
dövlətdən biridir.
Əş-Şaraa dövlət televiziyasına son müsahibəsində İranla
münasibətlərdən danışıb. O deyib ki, Tehran Suriya vətəndaşlarının
yaddaşında "dərin yara" açıb, İranın vətəndaş müharibəsində Əsədi
dəstəkləməsinə işarə vurub.
"Amma İranla münasibətlərin həmişəlik kəsiləcəyini
demirik. Elə bir mərhələyə çatarıq ki, Suriyaya hörmət qoyular,
onun daxili işlərinə müdaxilə olunmaz, məzhəb gərginliyi
qızışdırılmaz. O zaman münasibət qurarıq", – o
vurğulayıb.
Hazırda Suriyanın xarici siyasətinin əsas cizgilərini bu dinamika
müəyyənləşdirir. İrandan uzaqlaşandan Dəməşqə bir çox beynəlxalq
sanksiyalar qaldırılıb. Bu da müharibədən dağılan ölkəyə xarici
investisiyaların yolunu açıb.
Yeni Suriya hökuməti bu uğurları qorumağa qərarlıdır. Tehranla
münasibətlərin bərpası isə İranın xarici siyasətində əsaslı
dəyişikliklər tələb edəcək. Ekspertlərin fikrincə, hazırkı İran
rəhbərliyi dövründə belə dəyişikliklər real görünmür.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.