Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər. Bu il öldürülən
jurnalistlərin sayı yenə artıb.
Onlar həm rəsmi, həm də yarımhərbi qrupların, mütəşəkkil
cinayətkarlığın qurbanı olurlar. Son bir ildə öldürülən 67 media
işçisindən azı 53-ü müharibələrin və kriminal şəbəkələrin qurbanına
çevrilib. Bunu Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı
(RSF) dekabrın 9-da bildirib.
Qurum son 12 ayda həlak olan jurnalistlərin 43
faizinin Qəzzada
İsrail silahlı qüvvələri tərəfindən öldürüldüyünü bildirir.
Ukraynada isə Rusiya ordusu həm xarici, həm də ukraynalı
reportyorları hədəf alır. Sudan media əməkdaşları üçün çox
təhlükəli müharibə zonasına çevrilib.
RSF bildirir ki, jurnalistlərə öz ölkələrində daha çox risk var. Bu
il cəmi iki xarici jurnalist öldürülüb, qalanları öz ölkələrində
xəbər hazırlayarkən qətlə yetiriliblər.
Hazırda dünyada 503 jurnalist həbsdədir. Çin jurnalistlər üçün ən
böyük həbsxanadır, 121 jurnalist həbsdədir. Rusiya (48) ikinci
yerdədir, həm də digər dövlətlərdən daha çox xarici jurnalisti, 26
ukraynalını həbsdə saxlayır. Myanma isə 47 jurnalistlə üçüncü
yerdədir.
RSF Rusiya, Gürcüstan, Azərbaycan, Belarusda durumun keçmiş sovet
məkanında mətbuat azadlığına ciddi təhdidləri əks etdirdiyini
vurğulayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.