ABŞ-dən deportasiya olunan rusiyalıları hərbi komissarlığa çağırıblar
Dekabrın 9-na keçən gecə ABŞ-dən deportasiya olunmuş Rusiya vətəndaşlarını daşıyan təyyarə Moskvaya enib. Xəbəri "Agentstvo" nəşri "Russian America for Democracy in Russia" təşkilatının rəhbəri Dmitri Valuyevə istinadla yayıb. Qahirədən gələn reys son bir ildə sayca üçüncüdür.

Valuyevin dediyinə görə, ABŞ-dən deportasiya olunan rusiyalılara təyyarədən düşən kimi hərbi komissarlığa çağırış vərəqələri verilib. Bu sənədlərin onların hərbi qeydiyyata
alınması ilə bağlı olduğu güman edilir. Hələlik, Moskvaya enişdən sonra kiminsə saxlanması barədə bilgi yoxdur.

Rusiyalıları xüsusi reyslə Arizonadan Qahirəyə aparıblar. Valuyev "Agentstvo"ya deyib ki, Misir paytaxtında deportasiya edilən şəxslərə telefon, digər əşyalar verilib, onları Moskva reysinə müşayiət ediblər.

"Agentstvo" ABŞ-dən Rusiyaya bundan öncə iyun və avqustda iki kütləvi deportasiyanın gerçəkləşdirildiyini, bundan əlavə insanların fərdi qaydada da ekstradisiya olunduğunu yazır.

Rusiyalı müxalifətçilərin Kanadaya müraciəti
Donald Tramp administrasiyası hakimiyyətə gələndən ABŞ-də qeyri-qanuni miqrantlar və sığınacaq müraciəti təmin olunmayanlar daha intensiv deportasiya olunurlar. Bu, Rusiya vətəndaşlarına da aiddir.

Sentyabrda rusiyalı müxalifətçilər Vladimir Kara-Murza, Yuliya Navalnaya və İlya Yaşin Kanadanın baş naziri Mark Karniyə müraciət ediblər. Onlar ABŞ-dən deportasiya təhlükəsi ilə üzləşən Rusiya vətəndaşlarını qəbul etməyə çağırıblar.

"Putin həbsxanalarından qaçan bir çox həmvətənlərimiz Amerika miqrasiya həbsxanalarında qalıblar", – Yaşin yazırdı.

"İnsanları Amerikadan sadəcə deportasiya edirlər. Bu, böyük risklər yaradır, bəzən taleləri məhv edir", – müxalifətçi qeyd edir. O, deportasiyadan sonra Rusiyada həbs olunan müxalifətçi Leonid Melyoxinin işini xatırladıb. Sosial şəbəkələrdə ABŞ-dən Rusiyaya deportasiya olunan fəal Aleksandr Qudun məsələsi də geniş müzakirə olunub. O, İstanbulda tranzit zamanı başqa təyyarəyə minib üçüncü ölkəyə uça bilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google