DİN 926 kiloqram narkotik maddəni məhv edib, ümumi dəyəri 19 milyon laridən artıqdır
Daxili İşlər Nazirinin əmri ilə yaradılmış daimi komissiya, Gürcüstan üzrə müxtəlif vaxtlarda aparılmış istintaq tədbirləri nəticəsində qanunsuz dövriyyədən çıxarılmış rekord həcmdə – 926 kiloqram müxtəlif növ narkotik vasitələri məhv edib. Bu narkotiklərin ümumi dəyəri “qara bazar” qiyməti ilə 19 milyon lariyi çoxdur.

Ekspert-kriminalistika departamentinin əməkdaşları yüksək temperaturlu müasir peçdə (insinerator) narkotik vasitələri məhv ediblər. Məhv edilən narkotiklər
arasında “kokain”, “heroin”, “metadon”, “MDMA”, “alfa-PVP”, “ketamin”, “klefedron”, “buprenorfin”, “tramadol”, “kodein”, “diazepam” və marixuana, həmçinin müxtəlif psixotrop və yeni psixoaktiv maddələr var.

Qanunvericiliyə uyğun olaraq, narkotiklərin məhv edilməsi prosesi müasir ekoloji standartlara cavab verən şəraitdə həyata keçirilib. Daimi komissiyanın üzvləri Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı, Baş Prokurorluq və Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, maddi sübut kimi götürülmüş narkotik vasitələr xüsusi olaraq beynəlxalq standartlara uyğun saxlanma şəraitində saxlanılır və məhkəmə hökmü qüvvəyə mindikdən sonra məhv edilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google