Avropa İttifaqı (Aİ) son aylar Litvaya hava şarları buraxdığına
görə Belarusa sanksiyalar tətbiq etməyə yaxındır.
Hava məkanının hava şarları ilə pozulması bir neçə dəfə
aeroportların bağlanmasına səbəb olub. Noyabrda isə Litva Belarusla
sərhədini müvəqqəti bağlayıb.
AzadlıqRadiosuna danışan Litva rəsmiləri iyundan bəri Belarusdan
Litvaya 315 şarın keçdiyini deyiblər. Oktyabrda 71 belə müdaxilə
qeydə alınıb.
Şarlar asanlıqla
yüksəkliyə qalxır deyə, radara düşməkləri asan
məsələ deyil. Bu şarların çoxu Belarusda istehsal olunan
siqaretləri daşıyır.
Dekabrın əvvəlində bir şara görə Vilnüs aeroportu 12 saata yaxın
bağlı qalıb.
Sərhəd bağlamağın da xeyri olmadı
Litva oktyabrın sonunda məsələni Brüsselin diqqətinə çatdırıb,
Belarusu pisləyən bəyanat yayıb. Amma onda Minskə sanksiya
qoyulmayıb. AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki,
görünür, Vilnüs onda Aİ-yə buna görə təzyiq göstərməyib.
Əvəzində Litva qonşusu ilə 700 km-lik sərhədini qapadıb.
Noyabrda şarların sayı azaldığından Litva ayın 19-da sərhədi
yenidən açıb. Bunun da xeyri olmayıb. O vaxtdan Vilnüs aeroportu
həftədə ortalama iki dəfə bağlanır. Diplomatlar şarların ölkənin
əsas aeroportunu hədəf aldığını deyirlər.
Üstəlik, minə yaxın Litva qeydiyyatlı yük maşını sərhədin Belarus
tərəfində ilişib qalıb. Maşınlara günə 120 avro pul tutan parklama
yerlərinə getmək göstərişi verilib.
Noyabrın sonunda Litvanın xarici işlər naziri Kyastutis Budris
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasa məktub yazaraq yük
maşınlarının qaytarılmasına kömək istəyib.
Sanksiyalar
Brüsselin əlində isə azı bir alət var: Belarusa mövcud sanksiya
rejiminə şarları göndərənləri də əlavə etmək.
Aİ-nin Aleksandr Lukaşenko rejiminə qarşı sanksiyalarına çoxdan
qüvvədədir: müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalarda
iştirak edənlərə, Rusiyanın Ukrayna müharibəsini dəstəkləyənlərə
sanksiyalar tətbiq olunur.
AzadlıqRadiosunun da gördüyü yeni təklifdə isə üzv ölkənin
ərazisinə, o cümlədən hava məkanına icazəsiz girişdə əli olanlar
hədəfə alınacaq.
R.Yozvyak Aİ üzvlərinin bu təklifi Milada qədər təsdiqləyəcəyini
yazır.
Litva Brüsselin Minskə digər məhdudlaşdırıcı tədbirlər tətbiq
etməsini də istəyir. Təkliflərdə Belarusun 10 bankına tam
tranzaksiya qadağası, hazırda sanksiya altında olan Belarus
potaşından əlavə nitrogen gübrələrinə də sanksiya, Aİ-nin Belarusda
raps yağı və duz idxalına qadağa yer alıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.